Əziz Səncərə yüksək dövlət təltifi verildi
Kimya üzrə Nobel mükafatının laureatı Əziz Səncər Azərbaycanın “Şöhrət” ordeni ilə təltif edilib.
Bu barədə dövlət başçısının imzaladığı Sərəncamda qeyd olunub.
Sənədə əsasən, Əziz Səncər Azərbaycanın beynəlxalq elmi və humanitar əməkdaşlığının inkişafına və möhkəmləndirilməsinə verdiyi xüsusi töhfələrə görə “Şöhrət” ordeninə layiq görülüb.
Xatırladaq ki, Nobel mükafatçısının 80 illik yubileyi sentyabrın 8-də qeyd ediləcək.
Sosial şəbəkələrdə paylaş
