Radə Qurbanova haqqında yayılan iddialara münasibət bildirib
Şəhid Xudayar Yusifzadənin anası Radə Qurbanova barəsində yayılan iddialara aydınlıq gətirib.
Sosial şəbəkələrdə və bəzi informasiya resurslarında onun şəhid anası statusundan sui-istifadə etdiyi və dövlət tərəfindən müxtəlif təminatlar aldığı barədə məlumatlar yayılıb.
R.Qurbanova bu iddiaların həqiqəti əks etdirmədiyini bildirib. O, məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyini deyib.
Şəhid anası vurğulayıb ki, onun ev, torpaq və digər dövlət təminatlarından statusundan sui-istifadə etməklə yararlandığı sübuta yetirilmədiyi halda, iddiaları səsləndirən şəxslərdən təzminat tələb edəcək.
Radə Qurbanova Şuşadakı tarixi qayaların üzərinə yazıların, o cümlədən şəhid adlarının qeyd olunması məsələsinə də toxunub.
Onun sözlərinə görə, qayalardakı yazıların silinməsinə etiraz etmir. R.Qurbanova oğlunun adının belə yerlərdə qeyd olunması əvəzinə Xankəndidə yaradılan Zəfər Parkında Xudayar Yusifzadənin təsvirinin yer almasını daha əhəmiyyətli hesab etdiyini bildirib.
