Azərbaycan və İran rəsmiləri dəmir yolu layihələrini müzakirə etdi
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Farzanə Sadeq ilə telefon danışığı aparıb.
İranın Yol və Şəhərsalma Nazirliyinə istinadən yayıb.
Söhbət zamanı iki ölkə arasında iqtisadi və nəqliyyat əlaqələrinin genişləndirilməsi, tranzit imkanlarının artırılması və sərhəd infrastrukturu ilə bağlı məsələlər nəzərdən keçirilib.
Farzanə Sadeq qaz, elektrik enerjisi və nəqliyyat sahələrində əldə edilən razılaşmaların həyata keçirilməsi üçün birgə komitələrin fəaliyyətinin sürətləndirilməsini təklif edib.
Nazir regional gərginliklər nəticəsində nəqliyyat infrastrukturuna dəymiş zərərin aradan qaldırılması istiqamətində işlərin davam etdiyini bildirib.
Şahin Mustafayev Azərbaycan ərazisində Ağbəndə qədər dəmir yolu xəttinin tamamlandığını diqqətə çatdırıb. Onun sözlərinə görə, İran ərazisindəki hissənin də başa çatdırılması regionun tranzit və logistika potensialını əhəmiyyətli dərəcədə artıracaq.
Tərəflər, həmçinin İranın tranzit dəhlizlərinin aktivləşdirilməsi istiqamətində həyata keçirdiyi tədbirləri və Azərbaycan-İran strateji-iqtisadi əməkdaşlığının perspektivlərini müzakirə ediblər.
Sonda regional sabitliyin və iqtisadi inkişafın təmin olunması üçün əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi qeyd edilib.