Tramp: ABŞ NATO-ya heç vaxt ehtiyac duymayıb

ABŞ Prezidenti Donald Tramp ölkəsinin NATO-ya heç vaxt ehtiyac duymadığını və Şimali Atlantika Alyansından ciddi şəkildə heç nə istəmədiyini bildirib. O, bu fikirləri Fox Business telekanalına verdiyi müsahibədə səsləndirib.
“Biz onlara heç vaxt ehtiyac duymamışıq. Faktiki olaraq, onlardan heç vaxt ciddi bir şey istəməmişik”, – deyə Tramp vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Pentaqonun sabiq müşaviri Duqlas Makqreqor NATO-nun Ukrayna münaqişəsinə müdaxiləsinin alyansın zəifləməsinə və nəticə etibarilə dağılmasına gətirib çıxaracağını bildirib.
Tramp yanvarın 20-də verdiyi açıqlamada isə öz töhfəsi olmasaydı, bu gün NATO-nun mövcud olmayacağını deyib. ABŞ Prezidenti həmçinin “NATO üçün Prezident Trampla müqayisədə heç kim daha çox iş görməyib” fikrini də səsləndirib.
Bu arada, Politico nəşri NATO-nun rolu sual altına düşdüyü bir vaxtda Avropada bəzi rəsmi şəxslərin ABŞ-sız yeni hərbi-siyasi alyansın əsasını “istəklilər koalisiyası”nda gördüyünü yazıb.
Urbaninfo.az