Azərbaycan XİN-dən Esvatiniyə təbrik mesajı
Azərbaycan Xarici İşlər Nazirliyi Esvatini Krallığının Milli Günü münasibətilə təbrik mesajı yayıb.
Bu barədə nazirliyin sosial şəbəkə hesabında paylaşım edilib.
XİN Esvatini xalqına və hökumətinə səmimi təbriklərini çatdırıb və Milli Günü münasibətilə xoş arzularını ifadə edib.
Xatırladaq ki, Esvatini, keçmiş adı ilə Svazilend, 6 sentyabr 1968-ci ildə Böyük Britaniyadan müstəqilliyini elan edib.
Sosial şəbəkələrdə paylaş
