Tehran Vaşinqtonun gücünün sərhədlərini görür: İran ABŞ-a qarşı daha inamlıdır
İran münaqişənin başlamasından altı ay sonra öz imkanlarına daha çox əmin olub. Bu barədə The New York Times ABŞ kəşfiyyat məlumatlarına və ekspertlərin fikirlərinə istinadən yazır.
Nəşrin məlumatına görə, İslam Respublikası hazırda “öz imkanlarını daha yaxşı anlayır və ABŞ-ın gücünün sərhədlərini görür”.
ABŞ Prezidenti Donald Tramp əvvəlcə İran üzərində sürətli və qəti qələbə vəd etmişdi. Lakin münaqişənin artıq altı aydan çox davam etdiyi bir vaxtda İran regiondakı ABŞ hədəflərinə cavab zərbələri endirmək imkanlarına daha çox güvənir.
“The New York Times” həmçinin qeyd edir ki, münaqişə ərzində İran Hörmüz boğazına nəzarətin həyata keçirilməsi məsələsində də daha yaxşı təcrübə qazanıb.
Qəzetin məlumatına görə, Tehran Vaşinqtonla saziş imzalamağa hazırlaşmır. Bu isə ABŞ-da keçiriləcək qarşıdakı aralıq Konqres seçkiləri ərəfəsində Trampın mövqeyini daha da çətinləşdirir.
