Ukraynada Zelenskinin Ofisində NABU-nun istintaq tədbirləri keçirdiyi bildirilir
Ukrayna Milli Anti-Korrupsiya Bürosunun (NABU) Prezident Volodimir Zelenskinin Ofisində istintaq tədbirləri keçirdiyi bildirilir.
Bu barədə Ukrayna Ali Radasının deputatı Oleksiy Qonçarenko “Telegram” kanalında məlumat yayıb.
“NABU Prezident Ofisində istintaq tədbirləri aparır”, – deyə deputat bildirib.
O, hadisə ilə bağlı əlavə məlumat verməyib.
Qeyd edək ki, daha əvvəl NABU və Xüsusi Anti-Korrupsiya Prokurorluğunun (SAP) Ukrayna Baş Prokurorluğunda da axtarışlara başladığı açıqlanıb.
Məlumata görə, hüquq-mühafizə orqanları Baş Prokurorluğun yüksəkvəzifəli məmurlarından birinin rəhbərlik etdiyi iddia olunan cinayətkar qruplaşmanın ifşası ilə bağlı xüsusi əməliyyat keçirir. Sözügedən şəbəkənin dələduzluq məqsədilə fəaliyyət göstərən zəng mərkəzlərinə himayədarlıq etməkdə və əmlakın leqallaşdırılmasında şübhəli bilindiyi bildirilir.
