Ermənistandakı Metsamor AES “Rosatom”la birgə işlərdən sonra fəaliyyətini bərpa edib
Ermənistandakı Metsamor Atom Elektrik Stansiyası (AES) planlı texniki işlərin başa çatdırılmasından sonra yenidən elektrik enerjisi istehsalına başlayıb. Bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur naziri David Xudatyan bildirib.
“2026-cı il üzrə planlı profilaktik təmir işlərinin uğurla başa çatdırılmasından sonra sentyabrın 1-də AES-in ikinci enerji bloku yenidən işə salınıb və Ermənistanın vahid enerji sisteminə qoşulub. İşlər çərçivəsində enerji blokunun etibarlılığının, təhlükəsizliyinin və səmərəliliyinin artırılmasına yönəlmiş təxminən 20 mühüm tədbir həyata keçirilib”, — deyə Xudatyan bildirib.
Məlumata görə, təmir işləri 150 gündən çox davam edib. Mütəxəssislər enerji blokunun gücünü mərhələli şəkildə artırırlar.
Stansiyanın fəaliyyəti istismar müddətinin uzadılması məqsədilə “Rosatom”la imzalanmış müqavilə çərçivəsində bu ilin aprel ayında dayandırılmışdı.
