Türkiyə Qara dənizdə şübhəli obyektləri məhv etdi – İHA və kamikadze kater ehtimalı

Türkiyə Hərbi Dəniz Qüvvələri Qara dənizin müxtəlif ərazilərində suyun üzərində aşkarlanan şübhəli cisimləri yerindəcə məhv edib.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Karadeniz Ereğli, Sakarya Karasu, İstanbulun Karaburun ərazisi, Türkeli Demir Sahəsi və Çatalca bölgələrində su üzərində bir sıra şübhəli obyektlər aşkarlanıb.
Nazirliyin məlumatına görə, həmin cisimlərin pilotsuz uçuş aparatı (İHA) və ya kamikadze tipli pilotsuz dəniz vasitəsi (KİDA) ola biləcəyi ehtimal edilib. Obyektlər Türkiyə Hərbi Dəniz Qüvvələrinin Sualtı Müdafiə (SAS) qrupları tərəfindən təhlükəsiz şəkildə yerində məhv olunub.
Türkiyə Müdafiə Nazirliyi Qara dənizdə sürüklənən minalarla bağlı təhlükəyə qarşı kəşfiyyat və müşahidə fəaliyyətlərinin 24 saat, həftənin 7 günü davam etdirildiyini açıqlayıb. Bu məqsədlə hərbi gəmilər və dəniz aviasiyasından istifadə olunur