Prezident İlham Əliyevin Qırğızıstana işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına işgüzar səfəri sentyabrın 1-də başa çatıb.
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın yola salınması üçün “Manas” Beynəlxalq Hava Limanında xüsusi mərasim təşkil olunub.
Hava limanında Azərbaycan dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qırğızıstan Nazirlər Kabinetinin sədri – Prezident Administrasiyasının rəhbəri Adılbek Kasımaliyev yola salıb.
Bununla da Azərbaycan Prezidentinin Qırğızıstana işgüzar səfəri başa çatıb. Səfər çərçivəsində Prezident İlham Əliyev Bişkekdə keçirilən beynəlxalq tədbirlərdə iştirak edib və bir sıra mühüm görüşlər keçirib.
Səfər zamanı Azərbaycan-Qırğızıstan münasibətlərinin inkişafı, ikitərəfli əməkdaşlığın genişləndirilməsi, eləcə də regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.