Tramp: ABŞ İranda radar sistemlərinə zərbələr endirib
ABŞ Prezidenti Donald Tramp ölkəsinin İrana qarşı həyata keçirdiyi son hərbi əməliyyatların radar sistemlərinə qarşı yönəldiyini açıqlayıb.
Tramp “Fox News”a müsahibəsində bildirib ki, İran zədələnmiş radarlarını yenidən fəaliyyətə qaytarmağa çalışıb. ABŞ tərəfi isə radarların bərpası başa çatdıqdan sonra onları yenidən hədəfə alıb.
Amerika liderinin sözlərinə görə, radar sistemlərinin sıradan çıxarılması İranın müdafiə imkanlarına ciddi təsir göstərir.
Tramp həmçinin xəbərdarlıq edib ki, İran regionda ABŞ qüvvələrinə və obyektlərinə qarşı hücumları davam etdirərsə, Vaşinqton daha güclü zərbələr endirə bilər.
ABŞ Prezidenti Tehranla yeni razılaşma əldə edilməsinə də ümidli olmadığını bildirib. Onun sözlərinə görə, İranla bağlı diplomatik imkanlardan artıq kifayət qədər istifadə edilib.
Bundan əvvəl “Axios” Tramp administrasiyasının İranın Hörmüz boğazı yaxınlığında radar və raket imkanlarını bərpa etməsinin qarşısını almaq üçün məhdud hərbi zərbələr endirmək variantını nəzərdən keçirdiyini yazmışdı.
