Prezident İlham Əliyevin Qırğızıstana işgüzar səfəri ilə bağlı videoçarx yayımlandı
Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında dövlət başçısının Qırğız Respublikasına işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb.
Videoçarxda Prezident İlham Əliyevin səfər çərçivəsində keçirdiyi görüşlər, beynəlxalq tədbirlərdə iştirakı, dövlət və hökumət başçıları ilə təmasları, həmçinin Qırğızıstan-Azərbaycan münasibətlərinin inkişafına dair mühüm məqamlar əks olunub.
Dövlət başçısının Qırğızıstana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi, siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyət daşıyıb.
Paylaşılan videoçarx Prezident İlham Əliyevin səfər zamanı keçirdiyi görüş və tədbirlərdən görüntüləri əhatə edir.
Sosial şəbəkələrdə paylaş

