Hindistan və Ermənistan əməkdaşlığı genişləndirir: müdafiə, IT və kosmos gündəmdə
Hindistan Ermənistanla əməkdaşlığın yeni sahələr üzrə genişləndirilməsində maraqlıdır
Bişkekdə ŞƏT sammiti çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla Hindistanın Baş naziri Narendra Modi arasında görüş keçirilib.
Görüşdən sonra Narendra Modi sosial şəbəkə hesablarında Hindistanın Ermənistanla müxtəlif sahələrdə əməkdaşlığı daha da genişləndirməyə hazır olduğunu bildirib.
O qeyd edib ki, görüş zamanı iki ölkə arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
“Bişkekdə ŞƏT sammiti çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla çox yaxşı görüş keçirdim. Hindistan və Ermənistan arasında müdafiə, informasiya texnologiyaları, kosmos, təhsil, əczaçılıq və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük imkanlar var”, – Narendra Modi bildirib.
Hindistanın Baş naziri, həmçinin Yeni Dehli ilə İrəvan arasında ticarət və investisiya əlaqələrinin bundan sonra da möhkəmlənəcəyinə əmin olduğunu vurğulayıb.
