Netanyahu: HƏMAS silahı yerə qoymayana qədər “Erez” keçid məntəqəsi mallar üçün açılmayacaq
İsrail Baş naziri Benyamin Netanyahu bildirib ki, HƏMAS tərksilah olunana qədər Qəzza zolağının sərhədində yerləşən “Erez” keçid məntəqəsi malların girişinə açılmayacaq.
Netanyahu qeyd edib ki, İsrailin Qəzza ilə bağlı siyasəti dəyişməyib və HƏMAS tərksilah edilənə, eləcə də Qəzza zolağı tam demilitarizasiya olunana qədər bölgədə yenidənqurma işlərinə başlanılmayacaq.
“‘Erez’ keçid məntəqəsinin malların daşınması üçün açılması ilə bağlı heç bir göstəriş yoxdur. İsrailin Qəzza ilə bağlı siyasəti aydındır və dəyişməyib: HƏMAS tərksilah edilməyənə və zolağın tam demilitarizasiyası təmin olunmayana qədər heç bir yenidənqurma olmayacaq”, – deyə Netanyahu bildirib.
Qeyd edək ki, daha əvvəl İsrailin N12 telekanalı Qəzzanın şimal hissəsində yerləşən “Erez” keçid məntəqəsinin yaxın vaxtlarda malların daşınması üçün açıla biləcəyini bildirmişdi.
