ABŞ-a məxsus hərbi təyyarə Moskvaya eniş edib
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “Boeing C-17 Globemaster III” hərbi-nəqliyyat təyyarəsi bu gün səhər saatlarında Moskvanın Vnukovo hava limanına eniş edib.
Məlumata görə, ABŞ ordusuna məxsus təyyarə Moskvaya Latviyanın paytaxtı Riqadan uçub. Təyyarənin Riqaya isə ABŞ-nin Merilend ştatından gəldiyi bildirilir.
ABŞ hərbi-nəqliyyat təyyarəsinin Moskva səfərinin məqsədi barədə hələlik rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, “Boeing C-17 Globemaster III” əsasən hərbi personalın, texnikanın və müxtəlif yüklərin uzaq məsafələrə daşınması üçün istifadə olunur.
Sosial şəbəkələrdə paylaş
