Belarusda Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi keçirilib
Belarus ərazisində Rusiya və Ukrayna arasında 10-a 10 formatında növbəti əsir mübadiləsi həyata keçirilib.
Belarusun dövlət televiziyasının yaydığı məlumata görə, mübadilə nəticəsində Ukraynaya 10 vətəndaş, Rusiyaya isə daha əvvəl əsirlikdə olan 10 hərbçi qaytarılıb.
Məlumatda bildirilir ki, mübadilə Belarus Prezidenti Aleksandr Lukaşenkonun tapşırığı əsasında həyata keçirilib. Belarus tərəfi proses zamanı hər iki ölkənin nümayəndələri üçün etibarlı dialoq platforması yaradıldığını və humanitar missiyanın yerinə yetirildiyini qeyd edib.
Bildirilib ki, mübadilə prosesi beynəlxalq humanitar hüququn tələblərinə tam riayət olunmaqla həyata keçirilib.
Belarus tərəfi əsir mübadiləsi prosesində sülh və humanitar prinsiplərə sadiq qaldığını vurğulayıb.
Sosial şəbəkələrdə paylaş
