Qazaxıstanda Qurultay seçkiləri rəqabətli və açıq keçirilib
Müstəqil Dövlətlər Birliyinin (MDB) müşahidə missiyasının rəhbəri İqor Petrişenko Qazaxıstanda yeni formalaşdırılan birpalatalı parlamentə – Qurultaya keçirilən ilk seçkiləri yüksək qiymətləndirib.
Petrişenkonun sözlərinə görə, seçki prosesi rəqabətli, açıq və şəffaf əsasda təşkil olunub. O bildirib ki, MDB müşahidə missiyası seçkilərin ədalətli və rəqabətli şəraitdə keçirildiyi, Qazaxıstan vətəndaşlarının azad iradə ifadə etmək hüququnun təmin olunduğu qənaətinə gəlib.
Qeyd edək ki, ötən həftəsonu Qazaxıstan tarixində yeni birpalatalı parlamentə – Kurultaya ilk seçkilər keçirilib. Seçkilərlə bağlı açıqlanan exit-poll nəticələrinə əsasən, “Ədalət” partiyası 70 faizdən çox səs toplayıb.
Yeni parlament modelinə keçid Qazaxıstanın siyasi sistemində mühüm dəyişiklik kimi qiymətləndirilir. Kurultay seçkilərinin keçirilməsi ölkədə qanunvericilik hakimiyyətinin yeni formatda formalaşdırılması baxımından diqqət çəkən siyasi hadisə olub.
