Makron: “Qrenlandiyanı sevirəm və xalqına tam dəstək verirəm”

Fransa Prezidenti Emmanuel Makron Qrenlandiyaya sevgisini bildirərək adanın sakinlərinə tam dəstək verdiyini açıqlayıb. Bu barədə Danimarka radiosu DR məlumat yayıb.
Makron bildirib: “Tam dəstəyimiz var. Biz sizinləyik, mən sizin torpağınızı sevirəm”.
Qeyd edək ki, Danimarka və Qrenlandiya hakimiyyəti ABŞ-ı adaya müdaxilə cəhdlərindən çəkindirmək üçün xəbərdarlıq edib və ərazi bütövlüyünə hörmət göstərilməsini tələb edib. Yanvarın 5-də ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanı milli təhlükəsizliyi təmin etmək məqsədilə ələ keçirmək istədiklərini açıqlamışdı.
Qrenlandiya və Avropa dövlətləri bu planlara qarşı çıxaraq NATO çərçivəsində “Arktik Dözümlülük” adlı birgə kəşfiyyat missiyasını həyata keçirəcəklərini bəyan ediblər. Buna cavab olaraq Tramp 1 fevral 2026-cı ildən iştirakçı ölkələrə 10% gömrük rüsumları tətbiq ediləcəyini və 1 iyundan isə bu rəqəmin 25%-ə çatdırıla biləcəyini bildirib. Avropa İttifaqı isə buna qarşı öz qarşı tədbirlərini müzakirə edir.
Urbaninfo.az