ABŞ Prezidenti: “Somali həqiqi mənada ölkə deyil”

ABŞ Prezidenti Donald Tramp keçirdiyi brifinq zamanı Somali dövlətini tənqid edərək, bu ölkəni “həqiqi mənada ölkə saymamaq” barədə sərt açıqlama verib. Tədbir zamanı o, jurnalistlərə qanunsuz miqrantlıqla bağlı həbs edilmiş şəxslərin fotolarını göstərib və Somali vətəndaşları barədə tənqidi fikirlər səsləndirib.
Tramp bildirib: “Somali hətta ölkə deyil, onların ölkəyə bənzəyəcək heç nəyi yoxdur. Əgər ölkədirsə, o, dünyanın ən pis ölkələrindən sayılır”. O, həmçinin Somali vətəndaşlarının ABŞ-a gəldikdən sonra işsiz də olsa, varlanmalarını tənqid edib.
Prezident əlavə edib ki, Somali əsilli ABŞ Nümayəndələr Palatasının üzvü İlhan Omar ilə danışarkən bunun 30 milyon dollara başa gəldiyini bildirib. Tramp onun heç vaxt işləmir və dürüst olmayan konqresmen olduğunu qeyd edib.
Xatırladaq ki, 2025-ci ilin oktyabr ayında Tramp Demokrat Partiyasını Somali ilə müqayisə edərək partiyanın hazırda lideri olmadığını bildirmişdi.
Urbaninfo.az