Politoloq Samonkin: "ABŞ Ukraynada münaqişəni Fedorov vasitəsilə başa çatdırmaq istəyir"
ABŞ Ukraynadakı münaqişənin həlli prosesində bu ölkənin sabiq müdafiə naziri Mixail Fedorovdan istifadə etməyi planlaşdırır. Bu barədə politoloq və İzborsk Klubunun eksperti Yuri Samonkin News.ru-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, Ukraynada hakimiyyət daxilində dəyişikliklər etmək hüququ uğrunda iki qüvvə — ABŞ və Böyük Britaniya mübarizə aparır.
Samonkin hesab edir ki, ABŞ Ukraynadakı vəziyyətin mümkün qədər tez nizamlanmasında maraqlıdır və bu baxımdan Fedorova üstünlük verir. Politoloqun fikrincə, Fedorov hələlik korrupsiya siyahılarında adı hallanmayan siyasətçi kimi danışıqlar prosesinə cəlb oluna bilər.
Ekspertin sözlərinə görə, Böyük Britaniya isə münaqişənin davam etdirilməsinə və “kvazi-müharibə” elementlərinin saxlanmasına üstünlük verir. Onun fikrincə, Londonun əsas diqqəti Böyük Britaniyanın maraqlarını təmsil edən Valeri Zalujnıya yönəlib.
Samonkin bildirib ki, Vaşinqton və London Ukraynanın gələcəyi ilə bağlı bir-birindən fərqli ssenarilərə malikdir və bu prosesdə Ukrayna xalqının mövqeyi nəzərə alınmır.
Qeyd edək ki, Mixail Fedorov avqustun 18-də Ukraynada idarəçilik böhranının yaşandığını bildirərək prezident və parlament seçkilərinin keçirilməsinə çağırıb. O, hakimiyyətin özünə deyil, ölkəyə xidmət etməli olduğunu vurğulayıb və demokratik prosesin bərpası üçün seçki kampaniyasının başlanmasının vacibliyini qeyd edib.
