ABŞ dövlət katibinin köməkçisi Bakıya gəldi - Səbəb
ABŞ-ın iqtisadi, enerji və biznes məsələləri üzrə dövlət katibinin köməkçisi Kaleb Orr işgüzar səfərlə Azərbaycana gəlib.
ABŞ Dövlət Departamentinin iyunun 1-də yaydığı məlumata görə, Kaleb Orrun Azərbaycana səfəri iyunun 3-dək davam edəcək. Səfərin məqsədi barədə rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, iyunun 1-də Bakıda illik Bakı Enerji Həftəsi işə başlayıb və iyunun 3-dək davam edəcək. Sabah isə paytaxtda ilk dəfə olaraq Azərbaycan–ABŞ İqtisadi Dialoqu keçiriləcək.
Ekspertlərin fikrincə, bu görüşlər enerji, ticarət və investisiya sahələrində Azərbaycan–ABŞ əməkdaşlığının gələcək istiqamətlərinin müzakirəsi baxımından əhəmiyyət daşıyır.
Sosial şəbəkələrdə paylaş
