İran İraqdan gələn uçuşlara hava məkanını bağlı saxladı

Orta Şərqdə gərginliyin kəskin artması fonunda İran İraqdan gələn uçuşlara öz hava məkanını bağlayıb. Bu barədə Clash Report və POLITICO məlumat yayıb.
Qərar mülki aviasiya üçün artan risklər və regionda hərbi eskalasiyanın mümkünlüyü ilə bağlı qəbul edilib. Hava məkanının bağlanması preventiv təhlükəsizlik tədbiri kimi qiymətləndirilir və beynəlxalq hava yollarının tranzit uçuşlarına təsir göstərə bilər.
Eyni zamanda, Böyük Britaniya çərşənbə günü İranın paytaxtı Tehran şəhərindəki diplomatik heyətini təxliyə etməyə qərar verib.
Urbaninfo.az
Sosial şəbəkələrdə paylaş