
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İranda Təhlükəsizlik Şurasının katibi Ali Laricani və 10 digər iranlı vətəndaşı sanksiyalar siyahısına daxil edib. Laricani 1958-ci il təvəllüdlüdür və ali lider Ayətullah Ali Xamenei ilə əlaqəli şəxs kimi göstərilir.
Eyni zamanda, İranda, BƏƏ və Sinqapurda qeydiyyatdan keçmiş 13 şirkət də məhdudiyyətlər altına alınıb.
Qeyd edək ki, son illərdə İranda milli valyutanın devalvasiyası və yüksək inflyasiya fonunda genişmiqyaslı etiraz aksiyaları baş qaldırıb və hələ də davam edir.
Urbaninfo.az