İŞİD-in ikinci rəhbəri əməliyyat zamanı öldürüldü
İŞİD-in ikinci rəhbəri əməliyyat zamanı öldürüldü.
Bu barədə Donald Tramp X sosial şəbəkəsində yazaraq bildirib ki, ABŞ qüvvələri Nigeriya Silahlı Qüvvələri ilə birlikdə xüsusi əməliyyat keçirərək İŞİD-in ikinci rəhbəri hesab olunan Əbu-Bilal əl-Minukini zərərsizləşdirib.
Trampın sözlərinə görə, əməliyyat onun göstərişi ilə həyata keçirilib və “son dərəcə dəqiq planlaşdırılmış, çox mürəkkəb missiya” olub. O qeyd edib ki, əməliyyat zamanı Amerika və Nigeriya hərbçiləri koordinasiyalı şəkildə hərəkət edib.
Ağ Ev rəhbəri Əbu-Bilal əl-Minukini “dünyanın ən fəal terrorçularından biri” adlandırıb. Hadisə ilə bağlı hələlik ABŞ Müdafiə Nazirliyi tərəfindən əlavə rəsmi məlumat yayılmayıb.
Sosial şəbəkələrdə paylaş
