ABŞ Qəzzada Trampın planının ikinci mərhələsinin başladığını elan edib

ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff Qəzza zolağında vəziyyətin nizamlanmasına dair planın ikinci mərhələsinin qüvvəyə mindiyini açıqlayıb.
Uitkoff sosial şəbəkədə paylaşdığı açıqlamada bildirib ki, bugündən etibarən prezident Trampın münaqişənin həlli üçün nəzərdə tutulan 20 maddəlik planının ikinci mərhələsi icra olunur.
“Bu gündən prezident Trampın adından Qəzza zolağında münaqişəyə son qoyulması planının ikinci mərhələsinin başladığını elan edirik. Bu mərhələ atəşkəsdən demilitarizasiya, texnokratik idarəetmə və bərpa prosesinə keçidi nəzərdə tutur”, – deyə Stiven Uitkoff vurğulayıb.
Onun sözlərinə görə, plan çərçivəsində Qəzzada keçid administrasiyasının yaradılması, bölgənin demilitarizasiyası və bərpa prosesinin başlanması əsas prioritetlər sırasındadır. Uitkoff qeyd edib ki, bu tələblərin yerinə yetirilməməsi ciddi nəticələrə səbəb ola bilər.
Urbaninfo.az