ABŞ Prezidenti vətəndaşlara və müttəfiqlərə İrandan çıxmağı tövsiyə etdi

ABŞ Prezidenti Donald Tramp İranda bir neçə həftədir davam edən genişmiqyaslı etiraz aksiyaları fonunda ölkə vətəndaşlarına və müttəfiqlərinə İslam Respublikasını tərk etməyi tövsiyə edib.
Ağ Ev rəhbəri bildirib ki, hazırda İranda olan şəxslər təhlükəsizlik baxımından ölkəni tərk etməlidirlər. Onun sözlərinə görə, mövcud vəziyyət kifayət qədər risklidir və hadisələrin daha da gərginləşməsi istisna olunmur.
Qeyd edək ki, İranda kütləvi etirazlar ötən ilin sonunda milli valyutanın kəskin dəyər itirməsi və yüksək inflyasiya səbəbindən başlayıb. 1979-cu ildə devrilmiş İran şahının oğlu Rza Pəhləvinin çağırışlarından sonra etiraz aksiyaları daha da genişlənib. Mövcud məlumatlara görə, indiyədək nümayişlər zamanı 550-dən çox insan həyatını itirib.
Urbaninfo.az