ABŞ, İsveç və Fransa vətəndaşlarını İrandan çıxmağa çağırır

İranda davam edən kütləvi etirazlar və təhlükəsizlik vəziyyətinin pisləşməsi fonunda ABŞ, İsveç və Fransa hökumətləri vətəndaşlarına ölkəni tərk etməyi tövsiyə edib.
ABŞ Dövlət Departamenti İrandakı “virtual” səfirlik vasitəsilə vətəndaşlarını dərhal İrandan çıxmağa çağırıb. Bildirilir ki, etirazlar zorakılığa çevrilə, ictimai nəqliyyat və hava əlaqəsi pozula, internet bloklana bilər. Amerikadaşlara Ermənistan və ya Türkiyə vasitəsilə quru yolu ilə çıxış tövsiyə olunur.
Eyni zamanda İsveç Xarici İşlər Nazirliyi də ölkəyə səfərləri məhdudlaşdıraraq vətəndaşlarını İrandan çıxmağa çağırıb.
Bəzi məlumatlara görə, Fransa səfirliyinin əsas heyətinə daxil olmayan əməkdaşları artıq İrandan çıxarılıb. Nazirlik isə səfirliyin fəaliyyətini davam etdirdiyini açıqlayıb.
Urbaninfo.az