İsrail “Hizbullah”a xəbərdarlıq etdi

Tel-Əviv İsrailin İrana qarşı mümkün hərbi əməliyyatı fonunda “Hizbullah”ı Tehrana dəstək verməkdən çəkinməyə çağırıb. Urbaninfo.az xəbər verir ki, bu barədə Livan KİV-ləri məlumat yayıb.
“Nidaa əl-Vətən” nəşrinin yazdığına görə, İsrail nümayəndə heyəti Beyruta səfər edərək Tel-Əvivin mövqeyini Livanın qərarverici mərkəzlərinə çatdırıb. Bildirilib ki, “Hizbullah”ın mümkün münaqişəyə müdaxiləsi İsrail üçün “qırmızı xətt” sayılacaq və bu halda İsrail Müdafiə Qüvvələri (TsAXAL) dərhal hərbi cavab verəcək.
Məlumata görə, xəbərdarlıq birbaşa Livanın siyasi və təhlükəsizlik strukturlarına ünvanlanıb.
Xatırladaq ki, ötən ilin dekabr ayının sonunda Tel-Əviv Vaşinqtonla İranın raket potensialını zəiflətmək məqsədilə yeni zərbə imkanlarını müzakirə edib. Daha sonra ABŞ Prezidenti Donald Tramp İranda baş verən etirazlar fonunda ölkədəki vəziyyətə hərbi müdaxilə ehtimalını istisna etmədiyini bəyan edib.