Ukrayna “1C” proqramlarını qadağan etdi

Ukraynanın Dövlət Xüsusi Rabitə Xidməti rus şirkəti “1C”-nin bir neçə məhsulunu qadağan edilmiş proqramlar siyahısına daxil edib. Qadağa xüsusilə mühasibatlıqla bağlı proqramlara şamil olunur və bundan sonra dövlət qurumları və yerli idarəetmə orqanları onları istifadə edə bilməyəcək.
Ukraynada tez-tez rus və rusdilli xidmətlərə qarşı məhdudiyyətlər tətbiq olunur. 30 dekabrda ölkənin baş naziri Yuliya Sviridenko hökumətə rusdilli saytların qadağan edilməsi imkanını müzakirə etməyi tapşırıb. Bununla bağlı Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulın Kiyevin bu addımlarını rusofobiya kimi qiymətləndirib.
Qeyd edək ki, noyabr ayında Ukraynanın Milli Xatirə İnstitutu rus imperiyasının kənd üsyanı lideri Yemelyan Puqaçovu “rus imperializminin simvolu” elan etmişdi.