Tramp Kolumbiya lideri Petro ilə görüşü elan etdi

ABŞ Prezidenti Donald Tramp öz Truth Social hesabında bildirib ki, fevralın ilk həftəsində Ağ Evdə Kolumbiya Prezidenti Qustavo Petro ilə görüş keçiriləcək. Tramp görüşün həm ABŞ, həm də Kolumbiya üçün uğurlu olacağına əmin olduğunu qeyd edib, eyni zamanda koka və digər narkotik maddələrin ABŞ-a idxalının qarşısının alınmasının vacibliyini vurğulayıb.
Tramp həmçinin ABŞ-Kolumbiya münasibətlərinin yaxşı inkişaf edəcəyinə ümid etdiyini bildirib, lakin narkotrafikin dayandırılmasını zəruri sayıb. Daha əvvəl Qustavo Petro ölkəsini ABŞ-ın mümkün hücumundan qorumaq üçün silah götürməyə hazır olduğunu açıqlamış və Trampın onu Venesuela Prezidenti Nikolas Maduro kimi asanlıqla ələ keçirə bilməyəcəyini vurğulamışdı.
Qeyd edək ki, 3 yanvarda ABŞ Venesuelaya hərbi əməliyyat həyata keçirərək paytaxt Karakas və Fort-Tiun hərbi bazasında partlayışlar törətmişdi. Tramp əməliyyatı uğurlu adlandırmış və ABŞ hərbçilərinin Nikolas Maduro və onun həyat yoldaşını ələ keçirdiyini açıqlamışdı.