ABŞ Ukrayna ilə sülh planında razılığa gəlib, Putin cavabını gözləyir

ABŞ administrasiyası Ukrayna ilə sülh planı üzrə demək olar ki, bütün məqamlar üzrə razılığa gəlib və indi Rusiya Prezidenti Vladimir Putinin cavabını gözləyir. Urbaninfo.az xəbər verir ki, bu barədə Axios məlumat yayıb.
Danışıqlarda ABŞ tərəfdən Stiv Uitkoff və Cared Kuşner iştirak edib. Onlar əvvəllər iki günlük görüşlərdə yüksək vəzifəli ukraynalı və Avropa rəsmiləri ilə görüşüblər. Əsas müzakirə mövzuları Kiyev üçün təhlükəsizlik zəmanətləri və Donbasda mümkün ərazi güzəştləri olub.
Qeyd edilir ki, Rusiya Fondunun rəhbəri Kirill Dmitriev Parisdə Uitkoff və Kuşnerlə görüşüb və investisiya- iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edib.
Prezident Vladimir Zelenski daha əvvəl bildirmişdi ki, ABŞ-dan gələcək təhlükəsizlik zəmanətləri sənədi yüksək hazırlıq mərhələsindədir.