Rusiyalı deputat ABŞ-ı “Marinera” tankerini ələ keçirməyə görə sərt cavab verməyə çağırdı

Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin birinci müavini Aleksey Juravlyov ABŞ-ı Rusiya neft tankerini — “Marinera”nı ələ keçirməsinə görə cəzalandırmağa çağırıb. Bu barədə deputat «Pod’yom» nəşrinə açıqlama verib.
Juravlyov vətəndaş gəmisinin ələ keçirilməsini piratlıq və Rusiyanın ərazisinə hücum cəhdi kimi qiymətləndirib, çünki tanker Rusiya bayrağı altında hərəkət edirdi. O bildirib ki, belə hallar ciddi və operativ cavab tələb edir. Deputat həmçinin qeyd edib ki, Rusiya hərbi doktrinası nüvə silahından istifadəni nəzərdə tutur.
“Torpedolarla hücum edib bir neçə ABŞ Sahil Mühafizə gəmisini batırmaq… Düşünürəm ki, ABŞ-ı, hansı ki, Venesueladakı xüsusi əməliyyatdan sonra müəyyən mənada cəzasızlıq eforiyası içindədir, indi yalnız belə bir sərt addımla dayandırmaq olar”, – deyə Juravlyov vurğulayıb.
7 yanvar axşamı M/V Bella 1 (“Marinera”) ABŞ qüvvələri tərəfindən ələ keçirilib. Tanker USCGC Munro sahil gəmisi tərəfindən izlənilib. Əməliyyat zamanı gəmi Islandiyanın sahilindən təxminən 200–300 km cənubda yerləşirdi və Murmansk istiqamətində hərəkət edirdi.
ABŞ “Marinera”nı Venesueladan neft daşımaları ilə bağlı sanksiyaları pozmaqda ittiham edib. Bundan əlavə, ABŞ hərbçiləri Karib dənizində Sophia tankerini də ələ keçirib.