Şəhər tədbirləri - Urbaninfo.az

WUF13 çərçivəsində Pakistanın Pəncab əyalətinin pavilyonunun açılışı olub
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində mayın 19-da Pakistanın ən böyük əyaləti olan Pəncab əyalətinin pavilyonunun açılış mərasimi keçirilib.

Açılışda Pakistanın Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərif iştirak edib.

Tədbir çərçivəsində Baş nazir pavilyonla tanış olub, ona burada nümayiş etdirilən layihələr barədə ətraflı məlumat verilib. Bildirilib ki, pavilyonda Pəncab əyalətinin şəhərsalma, dayanıqlı inkişaf və əlçatan mənzil təminatı sahəsində həyata keçirdiyi təşəbbüslər təqdim olunur.

Qeyd olunub ki, Pəncab Hökumətinin “Apni Chhat Apna Ghar” mənzil proqramı çərçivəsində 100 mindən artıq ev istifadəyə verilib. Proqram aşağıgəlirli ailələrin mənzil təminatına dəstək məqsədi daşıyır.

Pavilyonda, həmçinin rəqəmsal idarəetmə, iqlimə uyğun inkişaf və ictimai rifah layihələri nümayiş etdirilir.

“Sihirli Annem" 23 il sonra geri döndü - Yeni film ilk dəfə "CineMastercard" - VİDEO
“CineMastercard” kinoteatrlar şəbəkəsi məşhur türk hekayəsinin davamı olan ailəvi fantastika “Sihirli Annem: Periler Okulu”nu eksklüziv olaraq təqdim edir. 23 il sonra davamı çəkilən film tamaşaçıları sehr, dostluq və möhtəşəm macəralar dünyasına aparır.

Bu barədə Primeinfo.az-a kinoteatrlar şəbəkəsindən məlumat verilib.

Bildirilib ki, əsər sirli pəri məktəbindən bəhs edir. Burada gənc qəhrəmanlar sehr bacarıqlarını öyrənir, yeni qabiliyyətlər kəşf edir və təkcə öz talelərini deyil, bütün sehrli dünyanın gələcəyini dəyişə biləcək sınaqlarla üzləşirlər. Tamaşaçıları təsirli vizual səhnələr, dinamik süjet inkişafı, incə yumor və isti ailə anları gözləyir.

Filmin rejissoru Mustafa Kotandır. Baş rolları İnci Türkay, Nevra Serezli, Şahap Sayılğan və Gül Onat canlandırıblar.

Məşhur türk franşizasının bu yeni hissəsi müasir vizual üslubu, macəra atmosferini və müxtəlif nəsillər üçün yaxın olan dəyərləri birləşdirir. Film dəstək, özünə inam və həqiqi dostluğun gücü kimi mövzuları ön plana çıxarır və möcüzələrin yaxın insanlar olduqda mümkün olduğunu xatırladır.

Layihə artıq orijinal hekayənin pərəstişkarları arasında böyük maraq doğurub və mövsümün ən yaddaqalan ailəvi premyeralarından biri olacağı gözlənilir. Ailənizlə birlikdə vaxt keçirmək və sehrli, macəra dolu dünyaya səyahət etmək üçün əla fürsətdir.

“Sihirli Annem: Periler Okulu”nun möcüzələrlə dolu dünyasını yenidən yalnız “CineMastercard” kinoteatrlarında izləmək mümkündür.

WUF13 kontekstində şəhərsalma və uşaq hüquqları mövzusunda dəyirmi masa keçirilib
Azərbaycanda uşaq və qadın hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərən “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilib.
Tədbir BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşəbbüsü ilə həyata keçirilən Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində baş tutub. Görüş “Şəhərsalma və uşaq hüquqları: Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) kontekstində kompleks yanaşma” mövzusuna həsr olunub.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli WUF13-ün Azərbaycanda keçirilməsinin əhəmiyyətini və vətəndaş cəmiyyətinin bu beynəlxalq platformada fəal iştirakının vacibliyin vurğulayıb. Bildirib ki, tədbirin əsas məqsədi şəhər inkişafı prosesində uşaqların hüquqlarının qorunması ilə bağlı dövlət qurumları və vətəndaş cəmiyyəti arasında dialoqu gücləndirmək və mövzunu prioritet istiqamət kimi diqqətdə saxlamaqdır.
Daha sonra çıxış edən “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi sədri Kəmalə Aşumova bildirib ki, şəhərsalma yalnız infrastruktur məsələsi deyil, eyni zamanda sosial ədalət mövzusudur. Onun sözlərinə görə, şəhər inkişafı proseslərində bütün uşaqların hüquqları balanslı şəkildə nəzərə alınmalıdır. Region, şəhər və kənd mühitində uşaqların üzləşdiyi problemlər koordinasiyalı və kompleks yanaşma tələb edir. Həmçinin “Uşaq hüquqları haqqında” qanunun yenilənməsi mərhələsində bu müzakirələrin xüsusi aktuallıq daşıdığı diqqətə çatdırılıb.
BMT-nin Məskunlaşma Proqramının Ölkə Ofisinin rəhbəri Anna Soave çıxışında qeyd edib ki, uşaqların şəhərsalma proseslərinə cəlb olunması sosial həmrəyliyi və uzunmüddətli dayanıqlılığı gücləndirir. O vurğulayıb ki, müasir yanaşma artıq “uşaqlar üçün planlaşdırma” modelindən “uşaqlarla birlikdə planlaşdırma” modelinə keçidi tələb edir.
İştirakçılar urbanizasiyanın uşaqların hüquq və rifahına təsiri, şəhər mühitində mövcud risklər və struktur çağırışlar, şəhər siyasətində uşağa yönəlik inklüziv yanaşmanın əhəmiyyəti, eləcə də WUF13 və UN-Habitat-ın beynəlxalq təcrübəsi ətrafında fikir mübadiləsi aparıblar.
Milli Məclisin Ailə,Qadın və Uşaq Məsələləri Komitəsinin sədri xanım Hicran Hüseynova Tədbirdə çıxış edərək urbanizasiya proseslərində insan amilinin əsas prioritet olduğunu vurğuladı. O, müharibədən sonrakı dövrdə işğaldan azad edilmiş ərazilərdə yeni şəhərlərin salınması zamanı insanların, xüsusilə uşaqların rifahı, təhlükəsizliyi və sosial təminatının nəzərə alınmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu qeyd etdi.

Hicran xanım bildirdi ki, Prezident tərəfindən “Şəhərsalma və Memarlıq İli”nin elan olunması, eyni zamanda “Uşaq hüquqları haqqında” yeni qanunun birinci oxunuşdan keçməsi fonunda bu mövzuda tədbirin keçirilməsi xüsusi aktuallıq daşıyır. Şəhərsalma prosesində insan mərkəzli yanaşma tətbiq olunmalı, uşaqların təhlükəsiz mühitdə yaşaması, sağlam inkişafı və bərabər imkanlara malik olması planlaşdırma mərhələsindən etibarən diqqətdə saxlanılmalıdır. O, bu istiqamətdə qanunvericilik təşəbbüslərinin və dövlət–vətəndaş cəmiyyəti əməkdaşlığının əhəmiyyətini də xüsusi vurğuladı.
Tədbirdə Milli Məclisin deputatı, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü,Türk Dövlətlərinə üzv ölkələrin QHT Platformasının Baş katibi Azər Allahverənov çıxış edərək vətəndaş cəmiyyəti nümayəndəsi kimi uzun illər QHT sektorunda fəaliyyət göstərdiyini və bu çərçivədə Bakı şəhərində Daxili İşlər Nazirliyi ilə birgə yol təhlükəsizliyi layihələrinin həyata keçirdiyini qeyd etdi. Hazırda millət vəkili təmsil etdiyi Sabunçu rayonunun bir sıra qəsəbələri üzrə müşahidələri zamanı uşaqların asudə vaxtının təşkili, park və ictimai məkanların çatışmazlığı kimi problemlər olduğu və bu istiqamətdə mühüm addımların atılmasını vurğuladı. Azər müəllim qeyd etdi ki, bu kimi mövzular yalnız dövlət qurumları müstəvisində deyil, eyni zamanda bələdiyyələr və yerli icra qurumları ilə əməkdaşlıq çərçivəsində də müzakirə olunmalı, bu əsasda geniş maarifləndirmə və təbliğat işləri aparılmalıdır. O, şəhər mühitində mövcud infrastruktur çətinliklərinə də toxunaraq, beynəlxalq təcrübənin öyrənilməsi və uğurlu modellərin ölkəmizdə tətbiqinin əhəmiyyətini qeyd etdi.
Tədbirdə “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev çıxış edərək ictimai iştirakçılıq məsələsinə xüsusi diqqət yetirib. O vurğulayıbdı ki, hazırlanmış strategiya və fəaliyyət planlarında vətəndaş cəmiyyətinin və ictimaiyyətin iştirakı hələ də yetərincə təmin olunmur. Ə. Nuriyev şəhərlərin uşaq mərkəzli və “uşaq dostu” prinsipi əsasında planlaşdırılmasının vacibliyini qeyd edərək, hər bir uşağın məktəbdən evə və evdən məktəbə təhlükəsiz şəkildə hərəkət edə bilməsinin əsas göstəricilərdən biri olduğunu bildirdi. O, şəhərsalma prosesində yalnız memar və tikinti şirkətlərinin deyil, sakinlərin və uşaqların fikirlərinin də öyrənilməsinin əhəmiyyətini vurğulayıb. Həmçinin bəzən əvvəlcə yaşayış binaları inşa edilir, daha sonra isə uşaqların rifahı və asudə vaxtı üçün məkan axtarılır ki, bu da bir çox hallarda problemlərə səbəb olur. Ə. Nuriyev “Şəhərləri böyüklər planlaşdırır, amma onun nə dərəcədə keyfiyyətli olmasını uşaqlar müəyyən edir.” mühüm mesaj səsləndirərək bir daha qurumların birgə kompleks şəkildə fəaliyyətinin önəmliyini və bu cür layihələrdə uşaq təsirinin qiymətləndirilməsinin və ictimai iştirakçılığın gücləndirilməsinin vacibliyini tədbir iştirakçılarına çatdırdı.
ADA Universitetinin Tədris işləri üzrə prorektor müşaviri, dosent Anar Vəliyev çıxışında belə tədbirlərin əhəmiyyətini vurğulayaraq qeyd etdi ki, bu cür platformalar dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında dialoqun gücləndirilməsinə, ictimai iştirakın genişləndirilməsinə və davamlı əməkdaşlıq mexanizmlərinin formalaşmasına xidmət edir. O, bildirdi ki, bu formatdakı təşəbbüslər cəmiyyətin məlumatlılıq səviyyəsinin artırılmasında, müvafiq sahənin inkişafında və dövlət siyasətinin ardıcıl dəstəklənməsində mühüm rol oynayır.
Tədbirdə uşaq hüquqları sahəsində, xüsusilə çətin həyat şəraitində yaşayan və əlilliyi olan uşaqların şəhər mühitində təhlükəsizliyi və əlçatanlıq məsələlərinə toxunmaq üçün Əlilliyi olan Şəxslərin Müstəqil Həyat Mərkəzinin rəhbəri Aydın Xəlilov çıxış etdi. A. Xəlilov vurğuladı ki, şəhər mühiti planlaşdırılarkən inklüzivlik əsas prinsip kimi qəbul olunmalı, əlilliyi olan uşaqların hərəkət azadlığı, təhsil müəssisələrinə, ictimai məkanlara və nəqliyyata təhlükəsiz və maneəsiz çıxışı təmin edilməlidir. O qeyd etdi ki, fiziki infrastrukturla yanaşı, sosial münasibətlər və ictimai şüur da inklüziv şəhər mühitinin formalaşmasında mühüm rol oynayır. Çıxışında o, böyük layihələr və şəhərsalma proqramlarında əlilliyi olan uşaqların ehtiyaclarının əvvəlcədən nəzərə alınmasının, universal dizayn prinsiplərinin tətbiqinin və ictimai iştirakçılığın gücləndirilməsinin vacibliyini xüsusi olaraq qeyd etdi.
PMO.AZ layihə rəhbəri Zeynab xanım çıxışında binaların “yaşıl” sertifikasiyası istiqamətinin inkişafının və tikinti və şəhərsalma sahəsində davamlı standartların tətbiqinin vacibliyini vurğuladı.O,qeyd etdi ki, həyata keçirilən layihə çərçivəsində xüsusilə gənclərin hazırlanmasına-layihələndirmə, planlaşdırma və layihələrin qiymətləndirilməsi sahəsində praktiki bacarıqlarının inkişafına xüsusi diqqət yetirilir. Onun sözlərinə görə, şirkətlərlə əməkdaşlıq və gənc mütəxəssislərin “yaşıl” sertifikasiya proseslərinə cəlb olunması peşəkar kompetensiyaların formalaşmasına, layihələrin keyfiyyətinin yüksəlməsinə və sahənin davamlı inkişafına töhfə verir.
Tədbirdə həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Elm və Təhsil Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Ombudsman Aparatının, Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Regional İnkişaf İctimai Birliyinin, İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Tədris Mərkəzinin, Azərbaycan Memarlar İttifaqının, Qeyri-Hökumət Təşkilatlarının və Media nümayəndələri iştirak etdi.
Tədbir interaktiv və geniş müzakirələr şəraitində başa çatdı.

Vətəndaş cəmiyyəti təmsilçiləri üçün WUF13-ə həsr olunnmuş məlumatlandırma sessiyası təşkil olunub
2026-cı il fevralın 12-də Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri üçün şəhərsalma, dayanıqlılıq prinsipləri və Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) həsr olunnmuş məlumatlandırma sessiyası təşkil olunub. WUF13 Azərbaycan Əməliyyat Şirkətinin təşkilatçılığı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin tərəfdaşlığı ilə keçirilən sessiyada 100-ə yaxın QHT nümayəndəsi iştirak edib.

Tədbir çərçivəsində iştirakçılara WUF13-ün proqramı və yenilikləri barədə təqdimat keçirilib. Sessiya zamanı şəhərsalma və dayanıqlılıq sahəsində qlobal çağırışlar, şəhərlərin karbon izinə təsir edən amillər və qabaqcıl beynəlxalq təcrübələr müzakirə olunub.

Tədbirdə müasir dövrdə iqlimə davamlı şəhər sistemləri, mənzil təminatı, şəhər mobilliyinin əhəmiyyəti, eləcə də vətəndaşlar üçün əlçatan və inklüziv şəhər inkişafı ilə bağlı təqdimatlar edilib. Müzakirələr zamanı iştirakçılar dayanıqlı şəhər inkişafında vətəndaş cəmiyyətinin rolu və bu sahəyə verə biləcəyi töhfələr barədə fikir mübadiləsi aparıblar.

WUF13 Tərəfdaş Tədbirlərinə Qeydiyyat Üçün Son Həftə Qalıb
Mayın 17–22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) On Üçüncü sessiyası çərçivəsində təşkil olunacaq tərəfdaş tədbirlər üçün qeydiyyat prosesinin başa çatmasına cəmi bir həftə qalıb. Müraciətlərin qəbulu üçün son tarix 29 yanvar 2026-cı ildir.
Forum çərçivəsində təşkil olunan tərəfdaş tədbirləri şəhərsalma sahəsində beynəlxalq əməkdaşlıq və dialoq platforması rolunu oynayır. “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna uyğun tədbirlər təşkil etmək istəyən qurumlar və təşkilatlar müraciətlərini UN-Habitat GEMS platforması vasitəsilə təqdim etməlidirlər.
Tədbirlər yeddi kateqoriya üzrə keçiriləcək: Şəbəkələşmə (Networking), Vahid BMT (One UN), Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi (SDGs in Action), Şəhər kinoteatrı (Urban Cinema), Şəhər Kitabxanası (Urban Library), Şəhərlərin Səsi (Voices from Cities) və WUF Akademiyası (WUF Academy). Hər kateqoriya üzrə yalnız bir müraciət təqdim etmək mümkündür.
Qeydiyyatdan keçən iştirakçılar şəxsi paneldəki “Applications / Müraciətlər” bölməsində tələblərlə tanış olub müraciətlərini yekunlaşdıra bilərlər. Tərəfdaş tədbirləri dayanıqlı şəhər inkişafı sahəsində qabaqcıl təcrübələrin və innovativ həllərin təqdim olunması, bilik və təcrübə mübadiləsi, institusional əməkdaşlıqlar və qlobal şəhər gündəliyinə töhfə vermək imkanını yaradır.
Əlavə məlumat üçün unhabitat-events@un.org ünvanı ilə əlaqə saxlamaq mümkündür.

BDU-da “Şəhərsalma və Memarlıq İli” ilə bağlı Tədbirlər Planı hazırlanıb
Bakı Dövlət Universitetində (BDU) 2026-cı ilin Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar Tədbirlər Planı hazırlanıb. BDU Elmi Şurasının 2026-cı ildə ilk iclasında Tədbirlər Planı müzakirə olunaraq qəbul edilib.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2025-ci il 22 dekabr tarixli Sərəncamı ilə 2026-cı il Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan edilib. Bu qərar şəhərsalma və memarlıq sahəsində tarixi irsin qorunması, müasir yanaşmaların tətbiqi, dayanıqlı və inklüziv şəhər mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu il ölkəmiz BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) kimi mühüm beynəlxalq tədbirə də ev sahibliyi edəcək. Bütün bunlar BDU kollektivinin də qarşısına mühüm öhdəliklər qoyur.
“Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar Tədbirlər Planı çərçivəsində BDU-da beynəlxalq, ölkə əhəmiyyətli konfransların, dəyirmi masaların, seminar və təlimlərin keçirilməsi planlaşdırılır. Tədbirlər Planına BDU-nun fakültələrində, Qazax filialında, İqtisadiyyat və Humanitar Kollecdə, eləcə də “Gənc istedadlar” liseyində bu mövzuda tədbirlərin, dərslərin təşkili də daxildir. İl ərzində şəhərsalma və memarlıq sahəsinə dair elmi məqalələrin elmi və kütləvi jurnallarda dərc edilməsi, mövzu üzrə tədqiqatların aparılması və gənc nəslin bu sahədə bilik və bacarıqlarının artırılması nəzərdə tutulur. Tədbirlər Planı çərçivəsində həyata keçiriləcək fəaliyyətlər şəhərsalma və memarlıq sahəsində elmi-ictimai müzakirələrin genişləndirilməsinə xidmət edəcək.

BMT-Habitat eksperti: Yaşıl memarlıq Azərbaycanda şəhər inkişafının əsas tərkib hissəsinə çevrilir
BMT-Habitatın beynəlxalq şəhər inkişafı eksperti Aleksandr Yaxnov AZƏRTAC-a bildirib ki, yaşıl memarlıq və davamlı şəhərsalma Azərbaycanda şəhərlərin inkişafında getdikcə daha mühüm rol oynayır.
Ekspertin sözlərinə görə, müasir şəhərlər artıq sadəcə binalar və küçələrdən ibarət deyil, onlar texnologiya, iqlim müqaviməti, sosial ədalət və həyat keyfiyyətini birləşdirən kompleks ekosistemlərə çevrilib. Bakının təcrübəsi isə beynəlxalq platformada innovativ həllərin nümayiş etdirilməsi üçün əhəmiyyətli nümunədir.
2026-cı ildə Bakı Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyasına ev sahibliyi edəcək. Forumda merlər, ekspertlər, memarlar və vətəndaş cəmiyyəti nümayəndələri şəhərlərin gələcəyini müzakirə edəcək, planlaşdırma və tikintidə texnoloji və ekoloji innovasiyaların həyat keyfiyyəti ilə necə birləşdirilə biləcəyini nümayiş etdirəcək.
Yaxnov qeyd edib ki, son illərdə Bakı və digər böyük şəhərlərdə şəhərsalma yanaşmaları dəyişib: artıq diqqət yalnız estetik binalara deyil, həm də hərəkətlilik, ictimai məkanlar, enerji istehlakı və həyat keyfiyyəti baxımından bütöv şəhər rayonlarının inkişafına yönəlib. Təbiətə əsaslanan həllərin tikinti prosesinə inteqrasiyası şəhərləri ekoloji cəhətdən ağıllı və məsuliyyətli edir.
Ekspert vurğulayıb ki, yaşıl memarlıq Azərbaycanda açıq şəkildə gündəmdədir və enerji səmərəliliyi, iqlimə uyğun dizayn və yüksək ekoloji standartlar ön plandadır. Növbəti addım şəhər ekosistemlərinin aktiv şəkildə bərpası və regenerasiyası olacaq, miselyum kimi biomateriallar isə bu prosesdə xüsusi əhəmiyyət kəsb edir.
Beynəlxalq təcrübələrdən, məsələn, passiv soyutma, effektiv kölgə sistemləri, yaşıl damlar və suya həssas şəhər dizaynı Azərbaycanın iqlim şəraitinə uğurla tətbiq oluna bilər. Rəqəmsal texnologiyalar və “ağıllı şəhər” sistemləri şəhərlərə resursları daha səmərəli idarə etməyə və ətraf mühit məlumatlarına real vaxtda cavab verməyə imkan verir.
Yaxnov, komandasının 2024-cü ildə Qahirədə miselyum pavilyonu nümayiş etdirdiyini xatırladaraq, Bakıda keçiriləcək forum üçün bu material əsasında yeni layihələrin hazırlandığını bildirib. O, bu tədbiri Azərbaycanda davamlı şəhər inkişafının praktik tətbiqini müzakirə etmək və planlaşdırmaq baxımından əhəmiyyətli hesab edir.

Cenevrədə WUF13 çərçivəsində qlobal mənzil böhranına dair yüksək səviyyəli panel keçirilib
İsveçrənin Cenevrə şəhərində 15–16 yanvar 2026-cı il tarixlərində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin BMT-nin Cenevrə Ofisi ilə birgə təşkil etdiyi 35-ci Ali Səviyyəli Toplantı çərçivəsində “Qlobal mənzil böhranının birgə həlli” mövzusunda panel müzakirəsi keçirilib.
Tədbirdə 30-dan artıq ölkədən 50-dən çox yüksək səviyyəli beynəlxalq nümayəndə iştirak edib. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev və BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbax panelin əsas məruzəçiləri olub.
Müzakirələrdə dayanıqlı və əlçatan mənzil təminatının şəhər inkişafının mərkəzində olduğu vurğulanıb, qlobal çağırışların – iqlim dəyişikliyi, urbanizasiya və bərabərsizlik kimi məsələlərin kollektiv yanaşmalarla həllinin vacibliyi qeyd edilib. Anar Quliyev, həmçinin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən şəhərsalma layihələrinin uzunmüddətli sülh və regional əməkdaşlığa töhfə verdiyini diqqətə çatdırıb.
Toplantıda Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı, Beynəlxalq Telekommunikasiya İttifaqı və digər nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər.
Sonda Anar Quliyev iştirakçıları 17–22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək WUF13-ün On Üçüncü sessiyasına dəvət edib. Panel, çoxsahəli əməkdaşlıqların gücləndirilməsi və dayanıqlı şəhər inkişafının sürətləndirilməsi baxımından beynəlxalq platforma kimi diqqət çəkib.

Urbaninfo.az

WUF13 çərçivəsində özəl sektor və elmi ictimaiyyət üçün məlumatlandırma görüşləri təşkil olunacaq
Bu il Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) ilə bağlı özəl sektor nümayəndələri, akademik dairələr və tədqiqatçılar üçün məlumatlandırma sessiyalarının təşkili nəzərdə tutulur.
Məlumata görə, bu sessiyalar WUF13 çərçivəsində tərəfdaşlar üçün planlaşdırılan silsilə tədbirlərin tərkib hissəsidir. İlk məlumatlandırma görüşünün yanvarın 19-da keçirilməsi planlaşdırılır.
Sessiyalar zamanı WUF13 barədə ümumi məlumat veriləcək, eyni zamanda biznes strukturları, elmi-tədqiqat mühitinin nümayəndələri və onların şəbəkələri üçün Forumda iştirak imkanları ətraflı şəkildə izah olunacaq. Bu təşəbbüsün əsas məqsədi milli iştirakçılığın genişləndirilməsi və ölkə təmsilçiliyinin gücləndirilməsidir.
Məlumatlandırma sessiyalarında iştirak etmək istəyən şəxslər qeydiyyat üçün müvafiq elektron link vasitəsilə müraciət etməlidirlər. Müraciət zamanı iştirakçı haqqında qısa məlumat təqdim edilməli və uyğun sessiya vaxtı seçilməlidir.
Qeyd edək ki, şəhərsalma sahəsində beynəlxalq dialoq və əməkdaşlıq üçün mühüm platforma olan WUF13 qurum və təşkilatlara Forumun əsas mövzusu — “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” istiqamətində tədbirlər keçirmək imkanı yaradır.
Hazırda 2026-cı il 17–22 may tarixlərində Bakıda keçiriləcək WUF13 çərçivəsində tərəfdaş tədbirlərinin təşkili üçün qeydiyyat prosesi davam edir. Bu müraciətlər üçün son tarix 29 yanvar 2026-cı il olaraq müəyyən edilib. Qeydiyyat və tədbirlərin təşkili ilə bağlı əlavə suallar üçün unhabitat-events@un.org elektron poçt ünvanı ilə əlaqə saxlamaq mümkündür.
Xatırladaq ki, Ümumdünya Şəhərsalma Forumu urbanizasiya sahəsində ən nüfuzlu və genişmiqyaslı beynəlxalq platformalardan biridir. Forum çərçivəsində sürətli urbanizasiya prosesləri, bu proseslərin şəhərlərə, icmalara, iqtisadi inkişafa, iqlim dəyişikliklərinə və dövlət siyasətlərinə təsiri kimi aktual mövzular müzakirə olunur. WUF hökumət nümayəndələrini, alimləri, biznes liderlərini, şəhərsalma mütəxəssislərini və vətəndaş cəmiyyəti institutlarını bir araya gətirir.
Urbaninfo.az

WUF13 çərçivəsində keçiriləcək tərəfdaş tədbirləri üzrə müraciətlərin qəbulu yanvarın 29-da başa çatacaq
Cari il mayın 17–22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində təşkil olunacaq tərəfdaş tədbirləri üzrə qeydiyyat prosesi davam edir.

Müraciətlərin qəbulu üçün son tarix 29 yanvar 2026-cı il olaraq müəyyən edilib.

Şəhərsalma sahəsində beynəlxalq dialoq və əməkdaşlıq platforması olan WUF13 qurum və təşkilatlara forumun “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna uyğun tədbirlər təşkil etmək imkanı yaradır. Müraciətlər https://events.unhabitat.org/ vasitəsilə təqdim edilməlidir.

Tədbirlərin təşkili üçün müraciətlər yeddi kateqoriya üzrə qəbul olunur: Şəbəkələşmə (Networking), Vahid BMT (One UN), Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi (SDGs in Action), Şəhər kinoteatrı (Urban Cinema), Şəhər Kitabxanası (Urban Library), Şəhərlərin Səsi (Voices from Cities) və WUF Akademiyası (WUF Academy).

Müraciət edən qurum və təşkilatlar ilkin mərhələdə “UN-Habitat”ın Qlobal Tədbir İdarəetmə Sistemi (GEMS) platforması üzərindən onlayn qaydada qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat prosesi tamamlandıqdan sonra istifadəçilər şəxsi paneldə yerləşən “Applications / Müraciətlər” bölməsinə daxil olaraq müvafiq kateqoriyalar üzrə tələblərlə tanış ola və müraciətlərini yekunlaşdıra bilərlər. Qeyd edək ki, hər bir kateqoriya üzrə yalnız bir müraciət təqdim edilə bilər.

Forumun əsas və strateji mexanizmlərindən biri olan tərəfdaş tədbirləri dayanıqlı şəhər inkişafı sahəsində qabaqcıl təcrübələrin, innovativ yanaşmaların və praktik həll yollarının beynəlxalq səviyyədə təqdim olunmasına şərait yaradır. Bu tədbirlər vasitəsilə iştirakçılar şəhərsalma sahəsində bilik və təcrübə mübadiləsi aparmaq, institusional əməkdaşlıqlar qurmaq və qlobal şəhər gündəliyinə töhfə vermək imkanı əldə edirlər.

Qeydiyyat və tədbirlərin təşkili ilə bağlı əlavə məlumat almaq üçün unhabitat-events@un.org elektron poçt ünvanı ilə əlaqə saxlamaq mümkündür.