Səhiyyə - Urbaninfo.az

Kruiz gəmisində yayılan hantavirus dünyanı narahat edir
Aprelin 1-də Argentinadan yola düşən və 23 fərqli ölkədən sərnişin daşıyan lüks “MV Hondius” kruiz gəmisi hazırda beynəlxalq narahatlığın mərkəzinə çevrilib. Kanar adalarına doğru hərəkət edən gəmidə bəzi sərnişinlərdə hantavirus əlamətlərinin aşkarlanması bir neçə ölkədə həyəcan siqnalı yaradıb.
Hadisədən sonra Hollandiya və Sinqapurda şübhəli şəxslər dərhal karantinə alınıb. Dünən İsraildə, bu gün isə Böyük Britaniyada virusla bağlı təsdiqlənmiş yoluxma halları qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son məlumatına görə, indiyədək ümumilikdə 8 yoluxma halı müəyyən edilib. Onlardan 5-i laborator şəkildə təsdiqlənib. Virusla əlaqəli 3 ölüm hadisəsi də qeydə alınıb.
Hadisələrin başlanğıcı aprelin 11-nə təsadüf edir. Həmin gün hollandiyalı bir sərnişin həyatını itirib. Daha sonra Cənubi Afrikada onun həyat yoldaşı, mayın 2-də isə almaniyalı başqa bir sərnişin dünyasını dəyişib.
Hazırda bir neçə ölkədə vəziyyət xüsusi nəzarət altındadır:
Niderlandda KLM aviaşirkətinin təmasda olduğu əməkdaş karantinə yerləşdirilib. Test nəticəsi mənfi çıxıb.
Sinqapurda iki nəfər tibbi müşahidə altındadır.
Böyük Britaniyada ilk təsdiqlənmiş yoluxma halı qeydə alınıb.
İsveçrənin Sürix şəhərində bir xəstə müalicə olunur.
İsraildə xaricdən yoluxduğu ehtimal edilən bir pasiyentdə virus aşkarlanıb.
Mütəxəssislərin sözlərinə görə, hantavirus əsasən gəmiricilərin nəcisi, sidiyi və tüpürcəyi vasitəsilə yayılır. Ağır hallarda yüksək hərarət, ağciyər çatışmazlığı və ciddi tənəffüs problemləri yarada bilər.
ÜST bildirir ki, virusun COVID-19 kimi genişmiqyaslı pandemiyaya çevrilmə ehtimalı hazırda aşağı qiymətləndirilir. Buna baxmayaraq, beynəlxalq səhiyyə qurumları vəziyyəti diqqətlə izləyir və yeni yoluxmaların qarşısını almaq üçün tədbirlər gücləndirilir.

TƏBİB-ə "transfer" oldu - TƏYİNAT
Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini vəzifəsindən bir neçə gün əvvəl azad edilən Təranə Əhmədovaya yeni vəzifə verilib.

Urbaninfo.az Bakupost.az-a istinadla xəbər verir ki, o, işdən çıxarıldığı gün TƏBİB-də vəzifəyə təyin olunub. Məlumatda bildirilir ki, T.Əhmədovaya əvvəlki sahə üzrə eyni vəzifə həvalə edilib və o artıq işinin icrasına başlayıb.

Bununla bağlı hələlik rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, Təranə Əhmədova 2024-cü ilin dekabrında Baş Prokurorluğun keçirdiyi əməliyyat zamanı saxlanılan Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin sabiq müdiri Səidə Rüstəmovanı əvəz etmişdi.

Səidə Rüstəmova saxta sertifikasiya işi ilə bağlı ittiham olunur.

Həkimdən xəbərdarlıq: bəzi hava təmizləyiciləri allergiyanı ağırlaşdıra bilər
Ulyana Maxova bildirib ki, havanı təmizləmək üçün istifadə olunan ionizator və ozonatorlar allergiyası olan insanlarda tənəffüs yollarını qıcıqlandıra, xüsusilə astmalı şəxslərdə bronx spazmına səbəb ola bilər.
Həkimin sözlərinə görə, mövsümi allergiyanın qarşısını almaqda əsas məqsəd tozcuqların orqanizmə daxil olmasını minimuma endirməkdir. Çiçəklənmə dövründə ev və avtomobilin pəncərələrini bağlı saxlamaq, havalandırmanı isə yağışdan sonra və ya axşam saatlarında etmək tövsiyə olunur. Səhər və küləkli havada tozcuqlar havada daha çox olur.
O qeyd edib ki, HEPA filtrli hava təmizləyiciləri xüsusilə yataq otağında faydalıdır. Ancaq allergiya əleyhinə bəzi cihazlarda olan ozonator və ionizatorlardan uzaq durmaq lazımdır, çünki onlar nəfəs yollarına zərər verə bilər.
Həkim əlavə edib ki, tozcuqlar yalnız nəfəs yollarında deyil, saç və dəridə də toplanır. Buna görə evə qayıtdıqdan sonra duş qəbul etmək, üzü və burnu yumaq, paltarı dəyişmək məsləhətdir.
Maxovanın sözlərinə görə, xəstəliyin mexanizminə təsir edən əsas üsul allergen-spesifik immunoterapiyadır (ASİT). Bu müalicə allergenə həssaslığı tədricən azaldır və uzunmüddətli effekt verə bilər. O bildirib ki, ən yaxşı nəticə dərmanlarla yanaşı, ətraf mühitə nəzarətin birlikdə tətbiqi ilə əldə olunur.

Özünü “Dr. Gülü” kimi təqdim edən Abdullayeva Gülbadə intihara cəhd edib
Məlumata görə, özünü “Dr. Gülü” kimi təqdim edən Abdullayeva Gülbadə Əliqizmət qızı intihara cəhd edib. Bildirilir ki, o, iksus (sirkə turşusu) içib və hazırda vəziyyəti ağır olaraq Klinik Tibbi Mərkəzdə nəzarət altındadır.
Qeyd edək ki, Abdullayevanın adı daha əvvəl də mediada dəfələrlə hallanmışdı. Onun tibbi fəaliyyət üçün tələb olunan rəsmi lisenziya və diplom olmadan fəaliyyət göstərdiyi iddia olunurdu və bu məsələ ictimai müzakirələrə səbəb olmuşdu.
Yaxınlarının sözlərinə görə, son dövrlər o, müəyyən şəxslərin – xüsusilə özlərini jurnalist kimi təqdim edənlərin – davamlı təzyiqi və pul tələblərindən ciddi narahatlıq keçirirmiş. İddialara əsasən, bu vəziyyət onun psixoloji durumuna mənfi təsir göstərib və nəticədə belə bir addım atmasına səbəb ola bilər.
Hadisə ilə bağlı rəsmi qurumların açıqlaması hələlik verilməyib. Mövzuya qayıdacağıq.

Həkim-radioloq Asif Nəsirli vəfat etdi
TƏBİB rəhbərliyi və kollektivi həkim-radioloq Asif Nəsirlinin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

A.Nəsirlinin vaxtsız və faciəvi vəfatı tibb ictimaiyyəti üçün böyük itkidir.

O, 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. A.Nəsirli 2005-2006-cı illərdə Milli Onkologiya Mərkəzində internatura, 2006-2008-ci illərdə isə kliniki ordinatura pilləsini keçib.

Həkim-radioloq A.Nəsirli 2008-ci ildən Milli Onkologiya Mərkəzinin Şüa terapiyası şöbəsində və Uşaq klinikasında radiasiya onkoloqu vəzifəsində çalışıb.

Onun xatirəsi daim ehtiramla yad ediləcək!

Allah rəhmət eləsin!

Həkim davranışı: peşəkarlıq yalnız bilik deyil, empatiyadır
Son günlər sosial şəbəkələrdə səhiyyə sahəsində çalışan bəzi şəxslərin pasiyentlərə qarşı davranışı ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Bu müzakirələr bir daha göstərir ki, tibbi xidmət yalnız diaqnoz qoymaq və müalicə yazmaqdan ibarət deyil — insanla davranmaq bacarığı da bu peşənin əsas sütunlarından biridir.
Xəstəxanaya müraciət edən insan artıq fiziki və psixoloji olaraq həssas vəziyyətdə olur. Belə bir anda onun sosial vəziyyətinə, geyiminə və ya danışıq tərzinə görə qiymətləndirilməsi nə tibbi etikaya, nə də elementar insani dəyərlərə sığır.
Təəssüf ki, bəzi hallarda pasiyentlərə qarşı yuxarıdan-aşağı münasibət, alçaldıcı ifadələr və ümumiləşdirici yanaşmalar müşahidə olunur. Bu isə cəmiyyətin səhiyyə sisteminə olan etibarını sarsıdır və həkim-pasiyent münasibətlərində ciddi uçurum yaradır.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və aidiyyəti qurumlar bu kimi hallara yalnız fərdi hadisə kimi deyil, sistemli problem kimi yanaşmalıdır. Tibbi təhsil alan və fəaliyyət göstərən şəxslər üçün etik davranış, empatiya və ünsiyyət bacarıqları üzrə təlimlər gücləndirilməlidir.
Tənqid edən insanları aşağılamaq, onları “cahil” və ya digər alçaldıcı ifadələrlə damğalamaq problemi həll etmir — əksinə, onu daha da dərinləşdirir. Səhiyyə sistemi cəmiyyətə xidmət edir və cəmiyyətin səsini eşitmək bu xidmətin keyfiyyətini artırmağın əsas yollarından biridir.
Peşəkar həkim yalnız savadı ilə deyil, davranışı ilə də hörmət qazanır.

Abşeron Rayon Mərkəzi Xəstəxanasında onlayn növbə sisteminin tətbiqinə başlanılıb
TƏBİB-in tabeliyindəki tibb müəssisələrində vətəndaşlara göstərilən tibbi xidmətlərin elektronlaşdırılması, proseslərin onlayn rejimdə idarə olunması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər davam etdirilir.

Bu çərçivədə Abşeron Rayon Mərkəzi Xəstəxanasında vətəndaşların tibbi xidmətlərə çıxışının daha rahat təmin edilməsi, uzunmüddətli gözləmə hallarının aradan qaldırılması, səmərəli xidmət mühitinin yaradılması və ən əsası vətəndaş məmnuniyyətinin yüksəldilməsi məqsədilə onlayn növbə sisteminin tətbiqinə başlanılıb.

Onlayn növbə sistemi sayəsində vətəndaşlar artıq “e-Təbib” mobil tətbiqi vasitəsilə öncədən vaxt təyin edə bilir və seçdikləri vaxtda tibb müəssisəsinə yaxınlaşaraq canlı növbə gözləmədən həkim qəbuluna rahat giriş əldə edirlər. Bu yanaşma vaxtın düzgün idarə olunmasına və qəbul prosesinin daha nizamlı təşkilinə imkan yaradaraq vətəndaşların, habelə həkimlərin zamanını səmərələşdirməyə kömək edir.

Hazırda Abşeron Rayon Mərkəzi Xəstəxanasında bütün ixtisaslı həkim müayinələri üçün onlayn növbə seçimi etmək mümkündür.
Qeyd edək ki, sözügedən xəstəxanada vətəndaşların sürətli qəbulunun tənzimlənməsi məqsədilə 18 qeydiyyat masası funksional istiqamətlər üzrə bölünərək koordinasiyalı şəkildə fasiləsiz fəaliyyət göstərir.

Tətbiqi yükləmək üçün: https://l1nk.dev/mgem6zm

Əlavə edək ki, tibbi xidmətlərə çıxışın hamı üçün daha əlçatan olmasını hədəfləyən onlayn növbə sisteminin mərhələli qaydada ölkə üzrə digər tibb müəssisələrində də tətbiqi nəzərdə tutulur.

Səhiyyə Nazirliyində BƏƏ-nin nümayəndə heyəti ilə görüş keçirildi
Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinin Dövlət naziri Səid bin Mübarək Əl-Hacirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Newsbaku.az xəbər verir ki, qonaqları salamlayan Teymur Musayev Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə, Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın isə Azərbaycana, o cümlədən Qarabağa səfərlərini, bu səfərlər zamanı aparılmış müzakirələrin iki ölkə arasında əlaqələrin genişləndirilməsində mühüm rol oynadığını vurğulayıb.

Nazir Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında müxtəlif sahələrdə, o cümlədən səhiyyə sektorunda əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib. O, ölkəmizdə səhiyyə sisteminin modernləşdirilməsi, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və rəqəmsal səhiyyə həllərinin tətbiqi istiqamətində həyata keçirilən islahatlardan bəhs edib.

Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinin Dövlət naziri Səid bin Mübarək Əl-Haciri göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, ölkəsinin Azərbaycan ilə səhiyyə sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə hazır olduqlarını vurğulayıb.

Tərəflər görüş zamanı səhiyyə sahəsində əməkdaşlığın cari vəziyyətini və gələcək inkişaf perspektivlərini geniş şəkildə müzakirə ediblər. Xüsusilə innovativ tibbi texnologiyaların tətbiqi, səhiyyə infrastrukturunun inkişafı, tibbi xidmətlərin keyfiyyətinin artırılması, rəqəmsal səhiyyə sistemlərinin qurulması diqqət mərkəzində olub. Bununla yanaşı, tibbi kadrların hazırlanması və ixtisasartırma proqramları, tədqiqat və innovasiya sahəsində əməkdaşlıq, eləcə də qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Sonda tərəflər bu cür görüşlərin qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb, gələcəkdə əlaqələrin daha da genişləndirilməsi və konkret layihələr üzrə işlərin davam etdirilməsi barədə razılığa gəliblər.

“Milyonluq dərmanlar, yarımçıq müalicə: hemofiliyalı xəstələr niyə risk altındadır?”
Hemofiliyalı xəstələrin müalicəsində istifadə olunan həyati əhəmiyyətli preparatlarla bağlı ortaya çıxan faktlar ciddi suallar doğurur. Jurnalist Həbibə Abdulla tərəfindən paylaşılan məlumatlar isə bu sualları daha da kəskinləşdirir.
İddialara görə, xəstələrə vurulan dərmanlar iki komponentdən ibarətdir – biri toz, digəri isə onu həll etmək üçün istifadə olunan maye. Maraqlıdır ki, həmin preparatların tərkib hissələrinin son istifadə tarixləri arasında ciddi uyğunsuzluq var: maye 2029-cu ilə qədər yararlı olduğu halda, tozun istifadə müddəti 2026-cı ildə başa çatır. Bu isə o deməkdir ki, dərmanın əsas təsiredici hissəsi faktiki olaraq daha tez yararsız hala düşür.
Daha narahatedici məqam isə iddialara görə, Respublika Klinik Xəstəxana daxilində istifadə olunan bu preparatların qablarının sonradan geri toplanmasıdır. Bu praktikanın səbəbi və məqsədi barədə rəsmi izahatın olmaması isə şəffaflıqla bağlı ciddi şübhələr yaradır.
Məsələnin maliyyə tərəfi də diqqətdən kənarda qalmır. “Hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı” çərçivəsində dərman vasitələrinin satın alınması üzrə keçirilən tenderlərin qalibi ardıcıl olaraq Avromed Company QSC olub. Rəqəmlər isə kifayət qədər böyükdür:
2025-ci ildə 16 milyon 333 min 897 manat
2026-cı ildə isə 16 milyon 935 min 454,4 manat

Ümumilikdə isə yalnız 2026-cı il üçün dövlət büdcəsindən təxminən 17 milyon manata yaxın vəsait ayrılması nəzərdə tutulur.

Ortaya çıxan əsas iddialardan biri budur ki, beynəlxalq bazarda daha ucuz qiymətə əldə edilə bilən və son istifadə müddətinə az qalmış preparatlar dövlətə yeni və baha qiymətlə təqdim olunur. Əgər bu iddialar təsdiqlənərsə, bu, təkcə iqtisadi pozuntu deyil, həm də insan həyatı ilə bağlı son dərəcə təhlükəli bir vəziyyətdir.

Hemofiliyalı xəstələrin sayı təxminən 1800 nəfər olsa da, məsələ yalnız onların problemi deyil. Bu, dövlət vəsaitlərinin necə xərclənməsi, səhiyyə sistemində şəffaflıq və məsuliyyət məsələsidir. Əgər xəstəyə verilən dərman onun həyatını xilas etmirsə, o zaman ayrılan milyonların taleyi ciddi şəkildə araşdırılmalıdır.
Ortada ağır bir ittiham var: ya sistem işlək deyil, ya da məqsədli şəkildə sui-istifadə halları baş verir. Hər iki halda, nəticə eynidir – xəstələr risk altındadır.
Urbaninfo.az qarşı tərəfin mövqeyini dərc etməyə hazırdır.

"Avromed" hemofiliyalı xəstələri dövlətlə üz-üzə qoyub: 17 milyonluq tenderin izi ilə
Azərbaycan səhiyyəsində hemofiliyalı xəstələrin həyatını təhlükəyə atan ciddi bir skandal yetişməkdədir.

AFN.az xəbər verir ki, bir neçə gündür davam edən narazılıqlar pik həddə çatıb. "Qan Donorları Assosiasiyası" İctimai Birliyinin sədri Fuad Əsgərovun son "SOS" müraciəti, dövlət büddəsindən ayrılan milyonlarla manat vəsaitin hara və necə xərcləndiyi ilə bağlı ciddi şübhələri ortaya qoyur.

"Bədənimizə nə yeridildiyi məlum deyil"

Özü də hemofiliyadan əziyyət çəkən Fuad Əsgərovun bildirdiyinə görə, son aylarda Respublika Klinik Xəstəxanası tərəfindən hemofiliyalı xəstələrə paylanılan "Faktor IX" preparatları səhhətlərində ciddi narahatlıq yaradıb. Məsələ ondan ibarətdir ki, şiddətli qanaxmalar zamanı bu dərmanlar heç bir təsir göstərmir. "Bu isə o deməkdir ki, 1800 xəstənin həyatı faktiki olaraq hər gün riskə atılır və onların bədəninə effektivliyi şübhə doğuran maddələr yeridilir" - deyə QHT sədri bildirib.

17 milyon manata yararsız dərman və korrupsiya şübhəsi

2026-cı il üçün təkcə hemofiliya üzrə tədbirlər proqramı çərçivəsində dərman preparatlarının alınmasına dövlət büddəsindən təxminən 16 milyon 993 min manat vəsait ayrılıb. Bu qədər nəhəng vəsaitin müqabilində xəstələrə verilən "Faktor IX" preparatlarının istifadə müddəti 2026-cı ilin oktyabr ayında başa çatır. Vaxtının bitməsinə cəmi bir neçə ay qalmış dərmanların istifadəsi isə praktikada qadağandır.

F.Əsgərov bildirir ki, hemofiliya müalicəsində istifadə olunan faktor preparatları bioloji məhsullardır: “Yararlılıq müddəti yaxınlaşdıqca dərmanın tərkibindəki aktiv maddə (faktor) parçalanmağa başlaya bilər. Bu, qanaxmanın dayandırılmasında gecikmələrə və ya qanaxmanın tam nəzarət altına alınmamasına səbəb olur. Xəstə gözlənilən nəticəni almadığı üçün qanaxma davam edərsə, oynaqdaxili zədələnmə riski artır”.

Yenə "Avromed"...

17 milyon manata yaxın vəsaitin xərcləndiyi bu sahədə, "miadı" dolmaqda olan dərmanların hansı podratçı şirkətdən və hansı şərtlərlə alındığı təbii ki, hamı üçün maraqlıdır. Qeyd edək ki, “Hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı çərçivəsində dərman vasitələri”nin satın alınması” tenderinin qalibi illərdir eyni şirkətdir. Dövlət satınalmalarının vahid internet portalındakı məlumatlara görə, artıq bir neçə ildir bu tender "Avromed Company" QSC tərəfindən "udulur".

2023-cü ildə həmin tenderin dəyəri 14 10 8425 manat, 2024-cü ildə 16 163 734 manat, 2025-ci ildə 16 milyon 333 min 897 manat, 2026-cı ildə isə 16.935.454,4 manat təşkil edib. Hamısının da qalibi "Avromed Company" QSC olub. Şübhələr var ki, beynəlxalq bazarda dəyərindən dəfələrlə ucuz alınan, son istifadə tarixinə az qalmış preparatlar dövlətə yeni qiymətinə təqdim edilib.

Hemofiliyalı xəstələrin fəryadı təkcə 1800 xəstənin problemi deyil, həm də dövlət qurumlarının şəffaflığına yönəlmiş ciddi bir ittihamdır. Ortada olan acı həqiqət birdir: Əgər dərman xəstəni xilas etmirsə, deməli, ayrılan milyonlar kimlərinsə cibinə gedib, xəstələr isə ölümlə üz-üzə qoyulub.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.