İcbari tibbi sığorta haqqının hesablanma prinsipi dəyişdirildi

“Tibbi sığorta haqqında” Qanunda edilən dəyişikliklər nəticəsində qeyri-dövlət və qeyri-neft/qaz sektorunda çalışanlar üçün icbari tibbi sığorta haqqının hesablanma qaydası yenilənib.
Agentliyin məlumatına görə, işəgötürən və işçilər əməkhaqqının 2500 manatadək olan hissəsi üzrə 2%, 2500 manatdan artıq olan hissəsi üzrə isə 0,5% məbləğində sığorta haqqı ödəyəcəklər. Əvvəl bu hesablamalar 8000 manat həddi ilə aparılırdı.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev bildirib ki, dəyişiklik sığortanın daha ədalətli və şəffaf şəkildə hesablanmasını təmin edir və əməkhaqqının yüksək hissələrindən ödəniləcək məbləği azaldır.
Sosial şəbəkələrdə paylaş