Qeyri-formal məşğulluqla bağlı icbari tibbi sığortada dəyişiklik

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev “Tibbi sığorta haqqında” Qanuna edilən dəyişikliklərlə bağlı açıqlama verib. O, “2025-ci ilin yekunları və hədəflər” mövzusunda keçirilən mətbuat konfransında bildirib ki, icbari tibbi sığorta 2021-ci ildən ölkə üzrə tətbiq olunur və bu müddətdə müəyyən əhali qruplarının sığorta haqları dövlət tərəfindən ödənilib.
Qeyd olunub ki, yeni dəyişikliklər sığorta olunan şəxslərin dairəsinin dəqiqləşdirilməsinə və qeyri-formal məşğulluqla məşğul olan şəxslərin sistemdə iştirak mexanizminin tənzimlənməsinə yönəlib. Bu şəxslər icbari tibbi sığorta üzrə ödənişləri özləri edəcəklər, digər kateqoriyalar üzrə mövcud qaydalar isə dəyişmir.
Bildirilib ki, yeniliyin tətbiqi Nazirlər Kabinetinin müvafiq qərarı qüvvəyə mindikdən sonra mümkün olacaq. Həmin vaxta qədər əvvəlki mexanizm qüvvədə qalacaq.