Naxçıvanda İcbari Tibbi Sığorta Agentliyinin filialı yaradılıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Naxçıvan Muxtar Respublikasında filialı təsis edilib. Bu barədə Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev “2025-ci ilin yekunları və hədəflər” mövzusunda keçirilən mətbuat konfransında məlumat verib.
Bildirilib ki, yeni filial Naxçıvanda icbari tibbi sığorta sisteminin daha effektiv tətbiqinə, əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılmasına və maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsinə xidmət edəcək. Filial həmçinin Agentliklə tibb müəssisələri arasında koordinasiyanı gücləndirəcək və Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlərə nəzarəti həyata keçirəcək.
Qeyd olunub ki, struktur mövcud qanunvericiliyə uyğun olaraq Agentliyin ümumi idarəetmə sistemi çərçivəsində fəaliyyət göstərəcək.