Tramp: “Ukraynadakı münaqişənin başa çatmasını istəyirəm”
ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin başa çatmasını istədiyini bildirib. O, bu barədə GB News telekanalına müsahibəsində danışıb.
“Sadəcə müharibənin başa çatmasını istəyirəm. Bu, çox sadədir. Bunun sona çatdığını görmək istəyirəm. Mən artıq səkkiz müxtəlif münaqişəyə son qoymuşam”, – deyə ABŞ lideri bildirib.
Tramp qeyd edib ki, onun əsas istəyi münaqişənin başa çatmasıdır.
Xatırladaq ki, bir gün əvvəl Ağ Ev rəhbəri Rusiya Prezidenti Vladimir Putinlə yeni görüş keçirilməsini istisna etmədiyini açıqlayıb. O, həmçinin tərəflər razılaşma əldə etməyə hazır olduqları zaman Ukrayna Prezidenti Vladimir Zelenskinin də iştirakı ilə üçtərəfli görüşün mümkün olduğunu bildirib.
Sosial şəbəkələrdə paylaş
