Cəlilabadda zəlzələ baş verib
Bu gün Azərbaycanın cənub-şərqində yerləşən Cəlilabad rayonunda zəlzələ qeydə alınıb.
Zəlzələ Cəlilabad stansiyasından 14 kilometr cənub-qərbdə baş verib. Yeraltı təkanların ocağı 26 kilometr dərinlikdə yerləşib.
Zəlzələnin maqnitudası 3,1 olub. İlkin məlumata görə, yeraltı təkanlar əhali tərəfindən hiss edilməyib.
Məlumatı Zəlzələlərin Tədqiqatı Bürosu yayıb.
Sosial şəbəkələrdə paylaş
