Qht - Urbaninfo.az

QUBA VƏ LƏNKƏRANDA GƏNCLƏR ÜÇÜN YARADICI TƏLIMLƏR KEÇIRILDI
“Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin QHT-lər üçün elan etdiyi 2025-ci il qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “Domestika.org beynəlxalq onlayn kurs platformasının istifadəsinin davamlılığının təmini – II mərhələ” layihəsi üzrə Quba və Lənkəran şəhərlərində 2 günlük yaradıcı təlim proqramı təşkil edib.

Layihənin əsas məqsədi gənclərin yaradıcılıq və rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, regionlarda innovativ təlim imkanlarının yaradılması və sosial həssas qruplardan olan gənclərin yaradıcı sənayelərə inteqrasiyasına dəstək verməkdir. Təlimlərdə əsasən peşə məktəblərinin, yaradıcılıq mərkəzlərinin və ali təhsil müəssisələrinin tələbələri, xüsusilə gənc qızlar iştirak ediblər.
Təlim proqramı çərçivəsində iki fərqli yaradıcı istiqamət üzrə praktiki məşğələlər keçirilib.
İlk təlim ənənəvi keçə sənətinə həsr olunub. İştirakçılara keçənin Azərbaycan xalq tətbiqi sənətindəki rolu, qədim ənənələri və xüsusilə Qarabağ bölgəsində formalaşmış keçəçilik mədəniyyəti barədə məlumat verilib. Praktiki hissədə yun materiallardan istifadə etməklə müxtəlif dekorativ keçə məhsulları hazırlanıb. Təlim zamanı iştirakçılar yaradıcı yanaşma nümayiş etdirərək müasir dizayna uyğun fiqurlar və aksesuarlar hazırlayıblar.
Digər təlim isə qalın iplərlə əl toxuma texnikası üzrə təşkil olunub. İştirakçılara bu sənət növünün sadə, əlçatan və xüsusi avadanlıq tələb etməyən yaradıcı fəaliyyət istiqaməti olduğu izah edilib. Eyni zamanda qeyd olunub ki, son illərdə bu texnika Avropada və sosial media platformalarında geniş yayılıb və kreativ məhsul istehsalında aktual sahələrdən biri hesab olunur. Praktiki mərhələdə iştirakçılar çanta, şərf və dekorativ aksesuarlar hazırlayaraq öz bacarıqlarını inkişaf etdiriblər.
Təlimlər boyunca iştirakçıların fəallığı və öyrənməyə marağı yüksək olub. Bir sıra iştirakçılar gələcəkdə bu bacarıqlardan şəxsi fəaliyyət və kiçik biznes təşəbbüsləri üçün istifadə etmək istədiklərini bildiriblər.
Keçirilən təlimlər gənclərin yaradıcılıq potensialının inkişafına, milli sənət irsinə marağın artırılmasına və həm ənənəvi, həm də müasir sənət istiqamətlərinin tanıdılmasına mühüm töhfə verib. Layihə regionlarda yaradıcı fəaliyyətin təşviqi, gənclərin məşğulluq imkanlarının genişləndirilməsi və yaradıcı sənayelərin inkişafına dəstək məqsədi daşıyır.

Azərbaycan Qlobal Şəhərsalma Dialoqunun Mərkəzində idi və Bakıdan dünyaya yeni mesaj verdi
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) Azərbaycanın beynəlxalq nüfuzunun, siyasi etimadının və qlobal təşəbbüslərdə artan rolunun növbəti mühüm təsdiqinə çevrildi.

6 gün Forumda apardığım müşahidələrimə əsasən tam əminliklə qeyd edim ki, COP29-dan sonra ölkəmizin ev sahibliyi etdiyi ikinci ən böyük beynəlxalq tədbir olan WUF13 Bakı şəhərini bir daha qlobal həmrəylik, çoxtərəfli əməkdaşlıq və strateji dialoq platforması kimi ön plana çıxardı.

WUF13-ün məhz Azərbaycanda keçirilməsi təsadüfi seçim deyildi. Bu qərar ölkəmizin urbanizasiya, dayanıqlı inkişaf və beynəlxalq tərəfdaşlıq sahəsində qazandığı yüksək etimadın göstəricisidir. Azərbaycan qlobal əhəmiyyətli tədbirlərin yüksək səviyyədə təşkili üzrə formalaşdırdığı uğurlu təcrübəni, yüksək imici bir daha nümayiş etdirdi və dünya ictimaiyyətinə müasir, təhlükəsiz, təşkilatlanmış dövlət modelini təqdim etdi.

Forumun ən diqqətçəkən məqamlarından biri Prezident İlham Əliyevin təşəbbüsü ilə tarixdə ilk dəfə olaraq WUF çərçivəsində Liderlər Sammitinin keçirilməsi oldu. Mayın 18-də baş tutan bu yüksək səviyyəli platformada 27 dövlət və hökumət başçısı, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri və yüksək səviyyəli qonaqlar iştirak etdilər. Liderlərin çıxışlarında Azərbaycana göstərilən yüksək qonaqpərvərliyə, yaradılmış səmərəli dialoq mühitinə və forumun peşəkar təşkilinə görə xüsusi təşəkkür ifadə olundu.

Bu təşəbbüs Azərbaycanın artıq yalnız regional deyil, qlobal strateji dialoq mərkəzi kimi qəbul edildiyini nümayiş etdirdi. Liderlərin Bəyanatları Sessiyası WUF13-ün siyasi çəkisini artırmaqla yanaşı, Azərbaycanın beynəlxalq gündəliyin formalaşmasına verdiyi töhfəni də daha aydın şəkildə ortaya qoydu.

Azərbaycan forum çərçivəsində yalnız təşkilatçı ölkə kimi deyil, həm də mühüm ideya və təşəbbüslərin müəllifi kimi çıxış etdi. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma prosesi, “Böyük Qayıdış” proqramı, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi beynəlxalq iştirakçılar tərəfindən xüsusi maraqla qarşılandı. Azərbaycanın öz daxili resursları hesabına həyata keçirdiyi bu layihələr müasir şəhərsalma və postmünaqişə bərpası baxımından nümunəvi model kimi qiymətləndirildi.

WUF13 bir daha sübut etdi ki, Azərbaycan beynəlxalq əməkdaşlıq və qlobal təşəbbüslərin təşviqində etibarlı tərəfdaş, güclü təşkilatçı və yeni ideyaların müəllifi kimi çıxış edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən siyasət nəticəsində ölkəmiz artıq təkcə regionun deyil, dünyanın mühüm beynəlxalq platformalarından birinə çevrilməkdədir.

WUF13 çərçivəsində #QHT-lərin fəaliyyəti xüsusi dinamizmi və yüksək təşkilatlanma səviyyəsi ilə diqqət çəkirdi. Yerli və beynəlxalq vətəndaş cəmiyyəti institutları urbanizasiya, inklüziv şəhər inkişafı, iqlim dayanıqlılığı və sosial ədalət mövzularında fəal müzakirələr apararaq müxtəlif platformalarda əməkdaşlıq nümayiş etdirdilər. QHT-lər yalnız panel iştirakçısı kimi deyil, həm də təşəbbüskar tərəf kimi çıxış edərək birgə layihələr, tərəfdaşlıq şəbəkələri və ictimai iştirakçılıq modelləri təqdim etdilər. Xüsusilə gənclərin, qadınların və həssas qrupların şəhər idarəçiliyində iştirakının təşviqi istiqamətində irəli sürülən təşəbbüslər beynəlxalq iştirakçılar tərəfindən maraqla qarşılandı. Forum müddətində QHT-lərin koordinasiyalı fəaliyyəti və çevik kommunikasiya bacarıqları onların qlobal urban gündəliyində mühüm aktor kimi rolunu bir daha nümayiş etdirdi. Bu fəallıq və əməkdaşlıq mühiti vətəndaş cəmiyyətinin dayanıqlı şəhərlərin qurulmasında əvəzsiz tərəfdaş olduğunu açıq şəkildə ortaya qoydu.

Əldə olunan təcrübə və uğurlar dövlət siyasətinin ardıcıl və sistemli şəkildə həyata keçirilməsinin nəticəsidir.

Prezident İlham Əliyevin QHT sektorunun inkişafı, vətəndaş cəmiyyətinin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində müəyyən etdiyi strateji kursa uyğun olaraq bütün işlər planlı şəkildə icra olundu. Bu uğurlar dövlət iradəsinin, milli həmrəyliyin və peşəkar idarəçiliyin təntənəsi idi.

Elnurə Abuşova,

AUSD İB - Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri

Tarixdə ilk dəfə Bakıda WUF13 çərçivəsində QHT Forumu keçirildi
Bu gün Bakıda ilk dəfə olaraq WUF tarixində xüsusi QHT Forumu təşkil olundu. Tədbiri Azərbaycanın QHT Agentliyi və 116 ölkədən təşkilatları birləşdirən “Global South NGO Platform” birgə keçirdi. Tədbirdə ümumilikdə 800-ə yaxın yerli və xarici QHT nümayəndəsi iştirak ediirdi
Forumda çıxış edən BMT rəsmiləri bildirdi ki, bu tədbir WUF üçün tarixi hadisədir. Onların sözlərinə görə, şəhərlərin inkişafında və qərarların qəbulunda vətəndaş cəmiyyətinin rolu çox vacibdir.
Prezidentin köməkçisi Hikmət Hacıyev çıxışında bildirdi ki, Azərbaycan hazırda Qlobal Şimal və Qlobal Cənub arasında əməkdaşlıq və dialoq üçün mühüm platformaya çevrilib. O, həmçinin qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda dağıdılmış və minalarla çirklənmiş ərazilərdə yeni şəhərlər qurulur və həyat yenidən bərpa olunur. Azərbaycan bu sahədəki təcrübəsini başqa ölkələrlə bölüşməyə hazırdır.
BMT-nin sabiq rəsmisi Maimunah Mohd Sharif bildirdi ki, şəhərlərin gələcəyini yalnız hökumətlər yox, yerli icmalar və QHT-lər də birlikdə formalaşdırmalıdır. O, Azərbaycanda yüzlərlə yerli və xarici QHT-nin bir araya gəlməsini yüksək qiymətləndirdi.
BMT-nin Cənub-Cənub Əməkdaşlığı Ofisinin direktoru Dima Al-Khatib “Global South NGO Platform”u uğurlu təşəbbüs adlandırıb və onun Bakıda yaradılmasını mühüm addım kimi qiymətləndirib. O vurğulayıb ki, gələcəkdə şəhərlərdə yaşayan insanların sayı daha da artacaq və xüsusilə Qlobal Cənub ölkələri iqlim dəyişikliyi, su çatışmazlığı, miqrasiya və mənzil problemləri ilə daha çox üzləşəcək.
QHT Agentliyinin sədri Aygün Əliyeva bildirdi ki, qurum bundan sonra da yerli və xarici QHT-lər arasında əməkdaşlığın inkişafına dəstək verəcək.
Forum çərçivəsində “Davamlı və inklüziv şəhər inkişafı” mövzusunda panel müzakirəsi də keçirildi. Müzakirələr zamanı WUF13-də iştirak edən QHT-lərin “Global South NGO Platform”un şəhərsalma üzrə xüsusi qanadını yaratması təklif olundu.

GSNP-nin Afrika, Asiya, Latın Amerikası və Sakit okean hövzəsində regional konfransları ola bilər
2026-cı il mayın 14-də GSNP Baş Assambleyası çərçivəsində “Qlobal Cənub: mövqelərin uzlaşdırılması və strateji əməkdaşlıq” adlı panel müzakirəsi keçirilib. GSNP Baş katibi Fuad Kərimlinin moderatorluğu ilə keçirilən sessiyada BMT-nin Sülh Universiteti üzrə daimi müşahidəçi səfiri David Fernández Puyana, Qanadan GSNP üzvü, “UN-Habitat”ın idarəedici orqanlarının keçmiş katibi və hökumətlərarası əlaqələr üzrə sabiq rəhbəri Christian Mensah, Meksikadan GNSP üzvü, Meksikanın Azərbaycandakı sabiq səfiri Rodrigo Labardini, Keniyanın Maasai Mara Universitetinin vitse-kansleri Peninah Aloo-Obudho spikerlər qismində çıxışlar ediblər.
Müzakirələrdə Qlobal Cənub ölkələrinin beynəlxalq qərarvermə proseslərində daha fəal təmsil olunmasının, dayanıqlı inkişaf, şəhərsalma, təhsil, iqlim dəyişmələri və sosial inklüzivlik istiqamətlərində əməkdaşlığın artırılmasının vacibliyini vurğulanıb.
GSNP Baş katibi Fuad Kərimli bildirib ki, qarşıdakı dövrdə GSNP-nin Afrika, Asiya, Latın Amerikası və Sakit okean hövzəsində regional konfranslarının keçirilməsi barədə təşəbbüslər daxil olub, bu istiqamətdə dəyərləndirmələr aparılacaq.
Panel iştirakçıların sual-cavab sessiyası və qarşılıqlı fikir mübadiləsi ilə davam edib.

Qlobal Cənub artıq müşahidəçi olmaq istəmir...
Əliməmməd Nuriyev,
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri

Bu gün Bakıda, Gülüstan sarayında fərqli bir siyasi və mənəvi atmosfer hiss olunurdu.
Sanki uzun illər dünyada daha çox dinləyən tərəf kimi təqdim olunan xalqlar artıq öz sözünü birlikdə deməyə başlayırdı.
Global Cənub QHT Platformasının Baş Assambleyasının Bakıda işə başlaması təkcə beynəlxalq tədbir deyil. Bu, həm də dünyada formalaşan yeni siyasi reallığın göstəricisidir.
Zalda müxtəlif ölkələrdən gəlmiş nümayəndələrin çıxışlarında və baxışlarında ortaq bir fikir hiss olunurdu: dünya ilə bağlı qərarlar artıq yalnız məhdud siyasi mərkəzlərdə formalaşmamalıdır. İnsan taleyi, təhlükəsizlik, inkişaf və ədalət haqqında danışan xalqlar bu proseslərdə daha fəal iştirak etmək istəyirlər.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də çıxışında məhz bu məqama toxundu. Onun “BMT Təhlükəsizlik Şurasının mövcud strukturu müasir dünyanın reallıqlarını əks etdirmir” fikri əslində bugünkü beynəlxalq narahatlığın əsas səbəblərindən birini ifadə edirdi.
Çünki dünya əhalisinin böyük hissəsini təşkil edən Qlobal Cənub uzun illər qlobal qərarların qəbulunda yetərincə təmsil olunmadığını düşünür. Bu səbəbdən də artıq müşahidəçi olmaq yox, proseslərin iştirakçısına çevrilmək istəyir.
Bakıda keçirilən Baş Assambleyanın əsas mənası da burada ortaya çıxır.
Cəmi bir il əvvəl ideya kimi görünən Global Cənub QHT Platforması bu gün artıq real beynəlxalq əməkdaşlıq məkanına çevrilməkdədir. Baş Assambleyada fəaliyyət hesabatının təqdim olunması, yeni rəhbər strukturların formalaşdırılması və gələcək istiqamətlərin müəyyən edilməsi də bunu aydın göstərdi.
Bu gün Bakı yalnız tədbirə ev sahibliyi edən şəhər kimi deyil, yeni beynəlxalq dialoqun mühüm platformalarından biri kimi görünürdü.
“Global Cənub Platforması qlobal həllərin güclü memarına çevrilir” fikri də təsadüfi səslənmir. Çünki artıq söhbət yalnız problemlərdən danışmaqdan yox, dünyanın gələcəyi ilə bağlı qərarların formalaşmasında iştirak etməkdən gedir.
Bəlkə də tədbirin ən mühüm mesajı elə budur:
Qlobal Cənub artıq özünü dünyanın kənarında hiss etmir. O, dünyanın gələcəyi haqqında danışan masada öz yerini tutmağa başlayır.

DİN yanında İctimai Şuranın təşəbbüsü ilə “Təhlükəsizlik və şəhərsalmanın müasir çağırışları” mövzusunda ictimai müzakirə keçirilmişdir
12 may 2026-cı il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) yanında İctimai Şuranın təşəbbüsü ilə Nazirliklə birgə “Təhlükəsizlik və şəhərsalmanın müasir çağırışları” mövzusunda ictimai müzakirə keçirilmişdir.

Tədbir Azərbaycan Respublikasının Prezidenti tərəfindən cari ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması və 17–22 may tarixlərində keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) kontekstində təşkil edilmişdir.

İctimai müzakirə ölkəmizin şəhər təhlükəsizliyi sahəsində yanaşmalarının təqdim edilməsi, urbanizasiya, nəqliyyat yüklənməsi, texnoloji inkişaf, ekoloji risklər və fövqəladə hallara hazırlıq kimi faktorlar fonunda şəhər təhlükəsizliyinə kompleks yanaşmanın formalaşdırılması, dövlət və ictimai institutlar arasında koordinasiyanın gücləndirilməsinə töhfə vermək məqsədilə təşkil olunmuşdur.

DİN-in “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzində baş tutan müzakirələrdə müvafiq dövlət qurumlarının nümayəndələri, DİN yanında İctimai Şura üzvləri, QHT sektorunun və akademik dairələrin təmsilçiləri iştirak ediblər.

Tədbirə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) üzrə Təşkilat Komitəsinin üzvü Aygün Əliyeva, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov, Fövqəladə Hallar Nazirliyi, Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA), Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Memarlar İttifaqı nümayəndələri, ictimai şura sədrləri və vətəndaş cəmiyyəti təşkilatları qatılıblar.

DİN yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov çıxış edərək şəhər mühitində təhlükəsizliyə kompleks yanaşmanın formalaşdırılması və dövlət-ictimaiyyət koordinasiyasının gücləndirilməsi məsələlərinə toxunublar. Xüsusilə urbanizasiya, nəqliyyat yüklənməsi və texnoloji inkişaf fonunda yaranan risklərin qarşısının alınması diqqət mərkəzində olub.

Əliməmməd Nuriyev qeyd edib ki, Ümumdünya Şəhərsalma Forumu (WUF13) ölkəmizin şəhər təhlükəsizliyi sahəsindəki yanaşmalarını dünyaya təqdim etmək, həmçinin urbanizasiya və ekoloji risklər fonunda dövlət və ictimai institutlar arasında koordinasiyanın gücləndirilməsinə töhfə vermək üçün strateji platformadır.

Aygün Əliyeva Ümumdünya Şəhərsalma Forumunda (WUF13) QHT-lərin fəal iştirakının milli təcrübəmizin beynəlxalq platformada təqdim edilməsi baxımından vacib olduğunu vurğulayıb. O bildirib ki, vətəndaş cəmiyyəti nümayəndələri Forum müddətində ictimai iştirakçılıq, ekoloji təhlükəsizlik və dayanıqlı inkişaf mövzularında qlobal şəbəkələşmə imkanı qazanaraq milli maraqlarımızı təmsil edəcəklər. İlk dəfə olaraq WUF13 çərçivəsində QHT Forumu keçiriləcək. Həmçinin, Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə yaradılmış Qlobal Cənub QHT Forumu və QHT Agentliyinin pavilyonu QHT-lərin istifadəsinə veriləcək.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov şəhərsalmada müasir Azərbaycan təcrübəsi, baş planların hazırlanması, müasir şəhərsalma standartları ilə ictimai təhlükəsizliyin kəsişmə nöqtələrindən bəhs edib. O qeyd edib ki, forumun ölkəmizdə keçirilməsi müasir şəhərsalma standartlarının tətbiqi və təhlükəsiz şəhər mühitinin yaradılması istiqamətində beynəlxalq təcrübənin ölkəmizə transferi baxımından müstəsna əhəmiyyətə malikdir.

DİN yanında İctimai Şuranın üzvü, Polis Akademiyasının müəllimi, polis polkovniki Vaqif Abışov “reaktiv” modeldən “proaktiv” polis modelinə keçid, CPTED (Dizayn vasitəsilə cinayətkarlığın qarşısının alınması) metodunun tətbiqi və “Təhlükəsiz şəhər” sistemində süni intellektin rolu barədə ətraflı məlumat verib. O, həmçinin vətəndaşların təhlükəsizliyin təmin olunmasında aktiv iştirakının vacibliyini vurğulayıb.

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli “Müasir, dayanıqlı və təhlükəsiz şəhərsalmada ictimai iştirakçılıq” mövzusunda təqdimatla çıxış edib. O, şəhərsalma sahəsində ictimai iştirakçılıq mexanizmləri, hüquqi imkanlar, Azərbaycan və beynəlxalq təcrübə barədə danışıb. Həmçinin, dayanıqlı və təhlükəsiz şəhərsalma prosesində vətəndaş cəmiyyətinin aktiv rolunu və ictimai nəzarət mexanizmlərini təhlil edib. Zaur İbrahimli qeyd edib ki, Ümumdünya Şəhərsalma Forumu (WUF13) dayanıqlı və təhlükəsiz şəhərsalmada ictimai iştirakçılığın artırılması və yerli vətəndaş cəmiyyəti institutlarının qlobal urbanizasiya proseslərinə inteqrasiyası üçün əvəzolunmaz fürsətdir.

Məruzələrdən sonra keçirilən sual-cavab və müzakirə sessiyasında iştirakçılar şəhər infrastrukturunun təhlükəsizlik tələblərinə uyğunlaşdırılması istiqamətində öz təkliflərini səsləndiriblər.

Əliməmməd Nuriyev bildirib ki, müasir şəhərsalma dövlət və ictimai institutlar arasında koordinasiyanın gücləndirilməsini tələb edən sosial məsələdir. Şəhər mühitində dayanıqlı təhlükəsizliyin təmin edilməsi vətəndaş cəmiyyətinin, akademik dairələrin və ictimai institutların aktiv iştirakı olmadan mümkün deyil. BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) ölkəmizin bu sahədəki milli yanaşmalarını təqdim etmək və beynəlxalq standartları yerli mühitə uyğunlaşdırmaq baxımından mühüm əhəmiyyət kəsb edir. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində atılan addımlar şəhər sakinlərinin həyat keyfiyyətinin artırılmasına və daha təhlükəsiz, inklüziv şəhər ekosisteminin formalaşdırılmasına xidmət edir.

DİN yanında İctimai Şura səsləndirilən təklifləri ümumiləşdirərək müvafiq dövlət orqanlarına təqdim edəcək, həmçinin şəhərsalma məsələlərində ictimaiyyətin fəal iştirakını və ictimai dialoqu təşviq edəcəkdir.

Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması regional reallıqlara uyğun siyasətə bağlıdır
Elnurə Abuşova,

Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri

Cənubi Qafqazda baş verən siyasi və təhlükəsizlik prosesləri beynəlxalq müstəvidə diqqət mərkəzindədir. Xüsusilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində aparılan danışıqlar fonunda Avropa İttifaqının Ermənistan ərazisində yerləşdirdiyi müşahidə missiyası ətrafında müzakirələr daha da intensivləşib. İzləyirəm, müxtəlif siyasi dairələr və ekspertlər bu missiyanın regionda sülhə nə dərəcədə töhfə verdiyi və ya əksinə, əlavə risklər yaratdığı barədə fərqli mövqelər səsləndirirlər.

Müşahidə missiyası ilk baxışdan təhlükəsizliyin təmin olunmasına xidmət edən beynəlxalq mexanizm kimi təqdim olunsa da, bölgədəki reallıqları yaxından izləyən bir çox analitiklər bunun siyasi və geosiyasi məqsədlər daşıdığı qənaətindədirlər. Xüsusilə Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqların davam etdiyi bir mərhələdə xarici müşahidəçilərin fəaliyyətinin zəruriliyi sual doğurur. Çünki tərəflər arasında birbaşa dialoq imkanlarının genişləndiyi bir vaxtda əlavə xarici aktorların prosesə daxil olması etimad mühitinə mənfi təsir göstərə bilər.

Diqqət çəkən digər məqam isə missiyanın fəaliyyətində tərəfsizlik prinsipinin tam qorunmaması ilə bağlıdır. Son dövrlərdə missiya rəhbərliyi və bəzi Avropa rəsmilərinin açıqlamaları region ölkələrində müxtəlif reaksiyalar doğurub. Bu isə müşahidə missiyasının neytral vasitəçi imicinə müəyyən kölgə sala bilər. Regional məsələlərdə balanslı yanaşmanın qorunmaması isə onsuz da həssas olan təhlükəsizlik mühitində əlavə gərginlik riski yaradır.

Proseslərlə yaxından maraqlanan vətəndaş cəmiyyəti nümayəndəsi kimi hesab edirəm ki, Avropa İttifaqının bölgədə fəallığının artması sırf təhlükəsizlik məsələləri ilə məhdudlaşmır. Burada böyük güclər arasında geosiyasi rəqabət amili də özünü göstərir.

Xüsusilə Fransadakı bəzi siyasi dairələrin Ermənistanla bağlı sərgilədiyi açıq mövqe regionda obyektiv vasitəçilik imkanlarına dair haqlı suallar yaradır. Bu yanaşmaların birtərəfli xarakter daşıdığı və uzunmüddətli sülh gündəliyinə xidmət etmədiyi barədə fikirlər səsləndirilir.

Digər mühüm məqam isə mümkün eskalasiya hallarında xarici missiyaların məsuliyyət məsələsidir. Tarixi təcrübə göstərir ki, beynəlxalq müşahidə missiyaları bir çox hallarda risk artdığı zaman bölgədən ilk ayrılan tərəflərdən biri olur. Bu baxımdan regionun təhlükəsizliyinin ilk növbədə məhz regional dövlətlərin öz məsuliyyəti və siyasi iradəsi əsasında təmin edilməsinin vacibliyi vurğulanır.

Azərbaycan tərəfi isə postmünaqişə dövründə regionda yeni əməkdaşlıq platformalarının formalaşdırılması, kommunikasiya xətlərinin açılması və davamlı sülhün təmin olunması istiqamətində təşəbbüslərlə çıxış edir.

Rəsmi Bakı hesab edir ki, Cənubi Qafqazda sabitliyin əsas yolu qarşılıqlı hörmətə, sərhədlərin toxunulmazlığına və regional əməkdaşlığa əsaslanan münasibətlər sistemindən keçir.

Eyni zamanda, Ermənistanda zaman-zaman revanşist çağırışların səsləndirilməsi də region üçün əlavə risk faktoru kimi qiymətləndirilir. Belə çağırışların yalnız regional təhlükəsizliyə deyil, ilk növbədə Ermənistanın öz gələcəyinə mənfi təsir göstərə bilər. Çünki yeni qarşıdurma perspektivi region dövlətlərinin iqtisadi inkişaf və əməkdaşlıq imkanlarını zərbə altına qoyur.

Tərəflər anlamalıdır ki, Ermənistan-Azərbaycan münasibətlərinin gələcəyi yalnız xarici missiyaların fəaliyyəti ilə deyil, tərəflərin siyasi iradəsi və regional məsuliyyət yanaşması ilə müəyyən olunacaq. Xarici aktorlar bilməlidirlər ki, Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması üçün qarşılıqlı etimadın gücləndirilməsi, təxribat xarakterli ritorikadan uzaq durulması və regional reallıqlara uyğun siyasətin aparılması əsas şərtlərdən biridir.

DİN yanında İctimai Şuranın 2026-2028-ci illər üçün Fəaliyyət Planı qəbul edilib - FOTOLAR
Aprelin 17-də Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilmişdir.

İclasda Şuranın iclasının gündəlyi təsdiq olunmuş, ilk olaraq 2026-2028-ci illər üçün Fəaliyyət Planının layihəsi müzakirəyə çıxarılmışdır.

DİN yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev qeyd etmişdir ki, Şura üzvlərinin təklifləri əsasında Fəaliyyət Planı layihəsi hazırlanıb. O, bildirib ki, qarşıda duran əsas vəzifə Şuranın fəaliyyətini daha da gücləndirməkdir. "Cəmiyyətlə dövlət arasında əlaqə yalnız dialoqla yox, nəticə ilə ölçülür”, – deyə Ə.Nuriyev vurğulayıb.

Nəzərdə tutulan tədbilər İctimai Şuranın səmərəli və nəticəyönümlü fəaliyyət göstərməsi üçün geniş imkanlar yaradır. Qanunun aliliyi, şəffaflıq, obyektivlik, peşəkarlıq və dövlət–cəmiyyət əməkdaşlığının gücləndirilməsi prinsiplərini əsas götürən Fəaliyyət Planı 8 istiqamət üzrə tədbirləri və təşəbbüsləri müəyyənləşdirir.

Geniş müzakirələrdən sonra Fəaliyyət Planı qəbul edilmişdir.

Həmçinin İctimai Şuranın 5 işçi qrupu – Monitorinq və nəzarət, Şəxsi heyətlə iş, Koordinasiya, Təhlil, Təhsil və gənclərlə iş üzrə işçi qrupları yaradılmış, onların üzvləri seçilmişdir.

Sədr Əliməmməd Nuriyev ölkəmizdə təşkil olunacaq Ümumdünya Şəhərsalma Forumu (WUF 13) ərəfəsində DİN və İctimai Şuranın tərəfdaşlığı ilə "Təhlükəsizlik və şəhərsalmanın müasir çağirişlari” mövzusunda ictimai dinləmənin təşkili planları ilə bağlı məlumat vermiş, tədbirin məqsədi, formatı və gündəliyi barədə təkliflərini səsləndirmişdir. İctimai dinləmənin keçirilməsi barədə təklif İctimai Şura tərəfindən qəbul edilmişdir.

Cari məsələlərin müzakirəsində İctimai Şuranın sədri Əliməmməd Nuriyev, Şuranın sədr müavini Fərhad Süleymanov, Şuranın katibi İxtiyar Hüseynli, üzvlər İbrahim Zeynalov, Mehriban Zeynalova, Zaur Məmmədov çıxış edərək qarşıdakı dövrdə fəaliyyətin daha da təkmilləşdirilməsi və genişləndirilməsi ilə bağlı təkliflərini bildirmişlər.

İctimai Şuranın İclasında Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsinin bölmə rəisi Elsevər Həsənov iştirak etmişdir.

Təhsil ocaqlarında psixoloji dəstəyin gücləndirilməsi zəruridir
Elnurə Abuşova,
AUSD İB - Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri

Son günlər Türkiyədə təhsil müəssisələrində ard-arda baş verən silahlı hücumlar cəmiyyətin diqqətini yenidən məktəblərdə təhlükəsizlik və psixoloji mühit məsələlərinə yönəldib. Bu cür hadisələr təkcə fiziki təhlükəsizlik boşluqlarını deyil, həm də şagirdlərin psixoloji vəziyyətinə yetərincə diqqət ayrılmadığını açıq şəkildə göstərir. Eyni problem, müəyyən mənada, Azərbaycanda da müşahidə olunur.

Məktəblər yalnız bilik ötürən qurumlar deyil, həm də uşaqların şəxsiyyət kimi formalaşdığı sosial mühitdir. Bu mühitdə psixoloji sağlamlıq əsas rol oynayır. Lakin reallıq ondan ibarətdir ki, bir çox təhsil ocaqlarında psixoloq ştatları ya kifayət qədər deyil, ya da mövcud mütəxəssislərin fəaliyyəti formal xarakter daşıyır. Aşağı əməkhaqqı, motivasiya çatışmazlığı və iş yükünün qeyri-adekvat bölüşdürülməsi psixoloqların effektiv fəaliyyətinə mane olan əsas amillərdəndir.

Motivasiyası olmayan və peşəkar dəstək almayan psixoloqdan yüksək nəticə gözləmək çətindir. Halbuki məktəb psixoloqları erkən müdaxilə baxımından ən operativ fiqurlardır. Onlar şagirdlərdə aqressiya, depressiya, sosial izolyasiya kimi riskli davranışları vaxtında aşkar edib qarşısını ala bilərlər. Bu isə potensial təhlükələrin önlənməsi üçün vacib şərtdir.

Problemin həlli üçün ilk növbədə təhsil müəssisələrində psixoloq ştatlarının artırılması zəruridir. Bununla yanaşı, onların əməkhaqqı artırılmalı, peşəkar inkişaf imkanları genişləndirilməli və fəaliyyətlərinə real nəzarət mexanizmləri tətbiq olunmalıdır. Hesabatlılıq sistemi formal deyil, keyfiyyət yönümlü olmalıdır.

Digər mühüm istiqamət isə vətəndaş cəmiyyəti institutlarının bu prosesə cəlb edilməsidir. QHT-lərin və sosial təşəbbüslərin məktəblərə çıxışı asanlaşdırılmalıdır. Bu qurumlar məktəb psixoloqları ilə əməkdaşlıq edərək problemli ailələr və risk qrupuna daxil olan uşaqlarla maarifləndirici tədbirlər, təlimlər və psixososial dəstək proqramları həyata keçirə bilərlər. Belə əməkdaşlıq həm məktəb daxilində, həm də məktəbdənkənar mühitdə davamlı təsir yarada bilər.

Təhsil ocaqlarında baş verən neqativ hadisələrin qarşısını almaq üçün kompleks yanaşma tələb olunur. Fiziki təhlükəsizlik tədbirləri ilə yanaşı, psixoloji dəstək sistemi gücləndirilməli, mütəxəssislərin rolu artırılmalı və cəmiyyətin bütün təbəqələri bu prosesə cəlb olunmalıdır. Yalnız bu halda məktəblər həqiqətən təhlükəsiz və sağlam inkişaf mühitinə çevrilə bilər.

DİN yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib
Martın 18-də Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilmişdir. İclasda Şuranın təşkilati məsələləri müzakirə olunmuş, gündəlik təsdiqlənmiş və rəhbər heyət formalaşdırılmışdır.
Səsvermənin nəticələrinə əsasən, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri seçilmişdir. DİN Veteranlar Şurasının sədri, istefada olan polis polkovniki Fərhad Süleymanov sədr müavini, Azərbaycan Jurnalistləri Birliyinin üzvü, əməkdar jurnalist İxtiyar Hüseynli isə Şuranın katibi seçilmişdir.
İclasda İctimai Şuranın qarşıdakı iki il üçün fəaliyyət planının hazırlanması barədə qərar qəbul edilmişdir.
Göstərilən etimada görə Şüra üzvlərinə təşəkkür edən Ə.Nuriyev bildirmişdir ki, İctimai Şura öz fəaliyyətində qanunun aliliyinə əsaslanaraq, şəffaflıq, obyektivlik, peşəkarlıq və dövlət–cəmiyyət əməkdaşlığının gücləndirilməsi prinsiplərini rəhbər tutacaqdır.
İclasdan sonra Daxili işlər nazirinin müavini, DİN yanında İctimai Şuraya seçkilər üzrə seçki komissiyasının sədri, general-leytenant İsmət Əliyev Şura üzvlərinə vəsiqələri təqdim etmiş, onlara fəaliyyətlərində uğurlar arzulamışdır.