Mədəniyyət - Urbaninfo.az

“CineMastercard” kinoteatrının rəhbəri Kann Film Festivalında iştirak edib-FOTOLAR
Azərbaycanın ən böyük “CineMastercard” kinoteatrlar şəbəkəsinin rəhbəri Zaur Darabzadə, Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə Kann Film Festivalının 79-cu buraxılışı çərçivəsində keçirilən ən yaddaqalan tədbirlərdən birində iştirak edib. O, The Fast and the Furious (“Forsaj”) filminin əfsanəvi franşizasının 25 illiyinə həsr olunmuş və Cannes Classics proqramı çərçivəsində təşkil edilən xüsusi yubiley nümayişinə qatılıb.
Palais des Festivals-in qırmızı xalçasında “CineMastercard” nümayəndəsi dünyanın ən nüfuzlu kino tədbirlərindən birinin qonaqları sırasında yer alaraq Azərbaycanı və yerli kino sənayesini təmsil edib.
Universal Pictures studiyasının 2001-ci ildə təqdim etdiyi orijinal filmin nümayişi məşhur Grand Théâtre Lumière zalında baş tutub və festivalın ən çox müzakirə olunan midnight-premyeralarından birinə çevrilib. Tədbirdə franşizanın ulduzları Vin Dizel, Mişel Rodriges, Cordanа Brüster, prodüser Nil Morits, eləcə də mərhum Pol Uokerin qızı Midou Uoker iştirak ediblər.
Gecənin ən təsirli anlarından biri Vin Dizelin Pol Uokerə həsr etdiyi emosional çıxış olub. Midou Uokerin tədbirdə iştirakı isə dünya mediasının xüsusi diqqətini çəkib.
Yubiley nümayişi dünya kinosunun ən uğurlu franşizalarından birinə çevrilən Fast & Furious filminin 25 illiyinə həsr olunub. Franşiza illər ərzində dünya prokatında 7 milyard dollardan çox gəlir əldə edərək qlobal mədəni fenomen statusu qazanıb.
“CineMastercard” kinoteatrın rəhbəri Zaur Dərabzadənin belə nüfuzlu beynəlxalq kino tədbirində iştirakı Azərbaycan kino sənayesinin qlobal peşəkar mühitə inteqrasiyasını və yerli nümayəndələrin beynəlxalq kino platformalarında fəal təmsil olunduğunu bir daha nümayiş etdirir.
Kann Film Festivalının rəsmi tərəfdaşlarından biri “Mastercard” beynəlxalq ödəniş sistemidir.
Qeyd edək ki, “CineMastercard” 10 premium kinoteatrdan ibarət şəbəkədir. Burada quraşdırılmış ən son texnologiyalı avadanlıqlar filmlərin nümayişini təmin edir və filmlər dünya premyeraları ilə eyni gündə təqdim olunur. Həmçinin, yalnız “CineMastercard” kinoteatrında unikal Skybox zalları, xüsusi qonaqlar üçün iki VIP DIAMOND zalı, eləcə də ən son 4DX və ScreenX texnologiyaları təqdim olunur. CineMastercard eyni zamanda Universal Pictures, Sony Pictures, The Walt Disney Company, Paramount Pictures və Warner Bros. kimi aparıcı dünya kinostudiyaları ilə əməkdaşlıq edir.

AzTv-nin məşhur diktorları bir arada
Azərbaycan televiziyasının və radiosunun qocaman diktoru, Xalq artisti, Prezident təqaüdçüsü Ofeliya Sənaninin 85 yaşı tamam olub.

Urbaninfo.az nocomment-ə istinadla xəbər verir ki, yubiley münasibətilə paytaxt Bakıda təntənəli tədbir təşkil edilib.

Bakı restoranlarının birində keçirilən yubiley tədbirinə Azərbaycan Televiziyasının (AzTV) tanınmış simaları, həmçinin ölkənin məşhur diktorları qatılaraq sənətkarı əlamətdar gün münasibətilə təbrik ediblər.

Ofeliya Hacağa qızı Sənani 1941-ci il mayın 26-da Bakı şəhərində anadan olub. Hələ məktəb illərindən sənətə və efir mühitinə böyük maraq göstərən Ofeliya xanım, 1959-cu ildə — 10-cu sinifdə oxuyarkən Respublika Radiosunda təcrübəçi diktor kimi fəaliyyətə başlayıb. Paralel olaraq Bakı Dövlət Universitetinin filologiya fakültəsinin axşam şöbəsində ali təhsil alıb. O, 1959–1975-ci illərdə müxtəlif radio tamaşalarında baş rolları səsləndirərək qısa zamanda dinləyicilərin rəğbətini və sevgisini qazanıb.

Azərbaycan milli televiziyasının və radiosunun inkişafındakı əvəzsiz xidmətlərinə görə Ofeliya Sənani 1975-ci ildə "Əməkdar artist", 1991-ci ildə isə "Xalq artisti" fəxri adlarına layiq görülüb. Görkəmli diktora 1994-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə fərdi təqaüd təyin edilib.

Bakı tarixində ilk: Məşhur kinoteatr gecə klubuna çevrildi - FOTOLAR
22 may tarixində Park Cinema kinoteatrının Flame Towers filialı cəmi 1 gecəlik bağlanaraq, horror elementləri ilə əsl gecə klubuna çevrilib.

Urbaninfo.az xəbər verir ki, bu tədbir Bakının gecə həyatının ən fərqli tədbirlərindən biri kimi yadda qalıb.

Belə ki, ilk dəfə olaraq kinoteatr məkanı xüsusi horror konsepti əsasında immersiv gecə klubuna çevrilib.

Tədbir çərçivəsində qonaqlara horror atmosferi, interaktiv performanslar, xüsusi şou proqramı təqdim olunub.

Gecənin musiqi proqramında Bakı səhnəsinin əfsanəsi DJ Nasirov və dünyaca məşhur xüsusi qonaq DJ Lia Lisse çıxış edərək rəqs meydançasına unudulmaz enerji qatıblar.

“Horror Night Party” yaradıcı konsepti və atmosferi ilə qonaqlar tərəfindən böyük maraqla qarşılandı və şəhərin əyləncə sektorunda fərqlənən qeyri-adi bir layihəyə çevrilib.

Vaqif Mustafayev ittiham olunur - AKİ-də qalmaqal böyüyür
“Əgər kvorum məsələsinin hüquqi tərəfi həll olunmasa, səsvermə nizamnaməyə uyğun keçirilmiş hesab edilə bilməz”.

Urbaninfo.az xəbər verir ki, bunu Əli İsa Cabbarov Azərbaycan Kinematoqrafçılar İttifaqının konfransında çıxışı zamanı deyib.

Cabbarov bildirib ki, konfransdan əvvəlki proseslərdə imza verən bəzi üzvlərin sonradan imzalarını geri götürməsi halları qeydə alınıb. Onun sözlərinə görə, ümumilikdə 10 nəfər imzasını geri çəkib.

O qeyd edib ki, bəzi üzvlərə müxtəlif səbəblərlə tədbirə qatılmamaqla bağlı müraciətlər edildiyi barədə məlumatlar mövcuddur. Cabbarov vurğulayıb ki, bu kimi hallar konfransın legitimliyi baxımından ciddi şəkildə müzakirə olunmalıdır.

“Üzvlərin sayı 460 nəfərdir və kvorum 230 nəfər təşkil edir. Lakin obyektiv və subyektiv səbəblərə görə bu sayın təmin olunmadığı görünür”, – deyə o əlavə edib.

Əli İsa Cabbarov həmçinin qeyd edib ki, ittifaqla bağlı yayılan bəzi məlumatlar həqiqəti əks etdirmir. Onun sözlərinə görə, ittifaqın möhürü ilə bağlı iddialar doğru deyil və bütün sənədlər mühasibatlıqda saxlanılır:

“Açıq şəkildə bildirirəm ki, bunlar Şəfiqə Məmmədova və Vaqif Mustafayevin addımlarıdır. Mən başa düşə bilmirəm ki, bu gün bura niyə gəlməyiblər”.

O əlavə edib ki, Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən aparılan proses audit xarakteri daşımır, bu, üzvlərin müraciəti əsasında ilkin sənədlərlə tanışlıq mərhələsidir.

Sonda Cabbarov vurğulayıb ki, kvorum məsələsi tam hüquqi şəkildə həll olunmadan səsvermənin keçirilməsi mümkün deyil və bu istiqamətdə müzakirələr davam etdirilir.

QUBA VƏ LƏNKƏRANDA GƏNCLƏR ÜÇÜN YARADICI TƏLIMLƏR KEÇIRILDI
“Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin QHT-lər üçün elan etdiyi 2025-ci il qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “Domestika.org beynəlxalq onlayn kurs platformasının istifadəsinin davamlılığının təmini – II mərhələ” layihəsi üzrə Quba və Lənkəran şəhərlərində 2 günlük yaradıcı təlim proqramı təşkil edib.

Layihənin əsas məqsədi gənclərin yaradıcılıq və rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, regionlarda innovativ təlim imkanlarının yaradılması və sosial həssas qruplardan olan gənclərin yaradıcı sənayelərə inteqrasiyasına dəstək verməkdir. Təlimlərdə əsasən peşə məktəblərinin, yaradıcılıq mərkəzlərinin və ali təhsil müəssisələrinin tələbələri, xüsusilə gənc qızlar iştirak ediblər.
Təlim proqramı çərçivəsində iki fərqli yaradıcı istiqamət üzrə praktiki məşğələlər keçirilib.
İlk təlim ənənəvi keçə sənətinə həsr olunub. İştirakçılara keçənin Azərbaycan xalq tətbiqi sənətindəki rolu, qədim ənənələri və xüsusilə Qarabağ bölgəsində formalaşmış keçəçilik mədəniyyəti barədə məlumat verilib. Praktiki hissədə yun materiallardan istifadə etməklə müxtəlif dekorativ keçə məhsulları hazırlanıb. Təlim zamanı iştirakçılar yaradıcı yanaşma nümayiş etdirərək müasir dizayna uyğun fiqurlar və aksesuarlar hazırlayıblar.
Digər təlim isə qalın iplərlə əl toxuma texnikası üzrə təşkil olunub. İştirakçılara bu sənət növünün sadə, əlçatan və xüsusi avadanlıq tələb etməyən yaradıcı fəaliyyət istiqaməti olduğu izah edilib. Eyni zamanda qeyd olunub ki, son illərdə bu texnika Avropada və sosial media platformalarında geniş yayılıb və kreativ məhsul istehsalında aktual sahələrdən biri hesab olunur. Praktiki mərhələdə iştirakçılar çanta, şərf və dekorativ aksesuarlar hazırlayaraq öz bacarıqlarını inkişaf etdiriblər.
Təlimlər boyunca iştirakçıların fəallığı və öyrənməyə marağı yüksək olub. Bir sıra iştirakçılar gələcəkdə bu bacarıqlardan şəxsi fəaliyyət və kiçik biznes təşəbbüsləri üçün istifadə etmək istədiklərini bildiriblər.
Keçirilən təlimlər gənclərin yaradıcılıq potensialının inkişafına, milli sənət irsinə marağın artırılmasına və həm ənənəvi, həm də müasir sənət istiqamətlərinin tanıdılmasına mühüm töhfə verib. Layihə regionlarda yaradıcı fəaliyyətin təşviqi, gənclərin məşğulluq imkanlarının genişləndirilməsi və yaradıcı sənayelərin inkişafına dəstək məqsədi daşıyır.

“Son cümlənin ağırlığı” — Zivər bəy Əhmədbəyov haqqında
Bu gün Azərbaycan memarlıq tarixinin böyük simalarından biri — Zivər bəy Əhmədbəyovin 153 yaşı tamam olur. Adını daşıyan küçədən hər keçəndə adam hiss edir ki, bu şəhər bir vaxtlar daşla yox, zövqlə, düşüncə ilə, ruhla tikilib. O küçədəki binalar sadəcə memarlıq nümunəsi deyil — bir insanın dünyagörüşünün daşlaşmış halıdır.

İnternetdə onun haqqında məlumat axtarırsan — qarşına klassik tərcümeyi-hal çıxır. Doğulduğu il, oxuduğu institut, tikdiyi binalar, yaratdığı cəmiyyətlər… Hər şey səliqəli və quru görünür. Elə bil bir neçə abzaslıq adi bir həyat hekayəsidir. Amma diqqətlə baxanda anlayırsan ki, o cümlələrin hərəsinin içində bir ömür yatır. Bir böyük zəhmət, bir böyük qələbə, bir böyük sevinc və bir böyük ağrı.

1873-cü ildə Şamaxıda doğulan bu adam təkcə bina tikmirdi. O, bir xalqın estetik yaddaşını qururdu. Peterburqda təhsil alıb geri dönmək, öz biliyini bu torpağın ruhuna uyğun memarlığa çevirmək hər adamın işi deyildi. Şamaxı Cümə məscidindən Təzə Pirə, Əmircandakı möhtəşəm məsciddən Bakının yaşayış binalarına qədər onun əl izi bu gün də yaşayır. O tikililərdə həm Şərqin zərifliyi, həm Avropanın dəqiqliyi, həm də Bakı ruhu var.

Təzə Pir məscidi, Şamaxı Cümə məscidi və Murtuza Muxtarov məscidi kimi memarlıq incilərinə baxanda adam anlayır ki, bəzi insanlar daşdan da duyğu yarada bilir.

O, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakının baş memarı oldu. Mədəniyyət abidələrinin qorunması üçün cəmiyyətlər yaratdı. Bir xalqın keçmişini gələcəyə daşımaq istəyirdi. Çünki yaxşı anlayırdı: yaddaşını itirən şəhər, ruhunu da itirir.

Və sonra o son cümlə gəlir.

“1925-ci ildə Bakıda intihar edir.”

İnsanı sarsıdan da budur. Bir şəhərə bu qədər gözəllik bəxş edən adamın içində necə bir qaranlıq vardı ki, sonda özü ilə tək qala bilmədi? Hansı ağrılar onu o nöqtəyə gətirdi? Bunu heç bir ensiklopediya yazmır. Tarix çox vaxt insanların yaratdıqlarını qeyd edir, yaşadıqları ağrıları isə susaraq keçir.

Amma bəzən bir insanı anlamaq üçün tikdiyi binalara baxmaq kifayətdir. Çünki bəzi memarlar daşların arasına öz talelərini də hörürlər.

Ruhu şad olsun, Zivər bəy. Şəhər hələ də sizi danışır.

Londonda "Tağıyev: Neft" bədii filminin təqdimatı olub
Londonda görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən "Tağıyev: Neft" bədii filminin təqdimatı olub.

Urbaninfo.az xəbər verir ki, Londonun mərkəzində yerləşən Britaniya Film və Televiziya Sənətləri Akademiyasının (BAFTA) möhtəşəm "Princess Anne Theatre" zalında keçirilən təqdimatda Bakı Media Mərkəzinin rəhbəri və filmin baş prodüseri Arzu Əliyeva, prodüser Orman Əliyev, rejissor Zaur Qasımlı, Xalq artisti Pərviz Məmmədrzayev, Gürcüstan, Türkiyə, Özbəkistan və digər dövlətlərin səfirləri və diplomatik korpusun digər çoxsaylı nümayəndələri, Britaniya Xarici İşlər Nazirliyinin əməkdaşları, Britaniya parlamentinin Lordlar Palatasının üzvləri, "City of London", Millətlər Birliyi, Avropa Yenidənqurma və İnkişaf Bankı və sair təşkilatların nümayəndələri, bp şirkətinin təmsilçiləri, ictimai-siyasi xadimlər, Britaniyada yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Film Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi, "Neqsol Holding", "Kapital Bank", "Bakcell" və "Norm" şirkətlərinin sponsorluğu ilə Bakı Media Mərkəzi tərəfindən istehsal olunub. Ekran əsəri "Tağıyev" çoxseriyalı layihəsinin birinci hissəsidir. Filmdə XIX əsrin sonları-XX əsrin əvvəllərində Bakıda neft bumu kontekstində Hacı Zeynalabdin Tağıyevin sadə bənnadan nüfuzlu neft sənayeçisinə qədər uzanan həyat yolu təsvir olunur.

Tədbirdə çıxış edən Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov Hacı Zeynalabdin Tağıyevin Azərbaycanın iqtisadi və mədəni həyatında oynadığı mühüm roldan bəhs edib, bu yolda üzləşdiyi çətinliklər və keçdiyi sınaqların onu öz yolundan döndərmədiyini söyləyib. Səfir Tağıyevin ən böyük arzularından birinin təhsilin inkişafı və müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbinin yaradılması olduğunu xüsusi vurğulayıb.

Tarixin müxtəlif dövrlərində Azərbaycan xalqının həyatında mühüm rol oynamış görkəmli şəxsiyyətlərin olduğuna diqqət çəkən səfir Elin Süleymanov bir neçə gün əvvəl Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünün qeyd olunmasından, Ulu Öndərin ötən əsrin sonlarına yaxın Azərbaycanın ağır böhranlardan çıxaraq sabit inkişaf yoluna qədəm qoymasında həlledici və əvəzolunmaz rolundan danışıb.

Filmin Londondakı təqdimat mərasimində iştirak edən qonaqlar ekran əsəri barədə xoş təəssüratlarını bölüşüblər. Onlar layihəni yüksək keyfiyyətdə ərsəyə gətirən Bakı Media Mərkəzinin yaradıcı komandasını ürəkdən alqışlayaraq filmin Azərbaycan və onun tarixi, mədəniyyəti, dəyərləri, inkişaf yolu haqqında olduqca maraqlı məlumatlar ötürdüyünü bildiriblər. Qonaqlar bu kimi layihələrin Azərbaycanın dünyaya tanıdılmasında böyük rola malik olduğunu, Hacı Zeynalabdin Tağıyevin əslində Azərbaycan xalqına məxsus humanistlik, xeyirxahlıq, səxavətlilik, dözümlülük, mərdlik kimi xüsusiyyətləri özündə birləşdirdiyini vurğulayıblar.

Xalq artisti Pərviz Məmmədrzayev filmin Rusiyada və ABŞ-nin Los-Anceles şəhərində nümayişindən sonra Londonda təqdimatının keçirilməsinin sevindirici olduğunu bildirib. Onun sözlərinə görə, film auditoriya tərəfindən böyük maraqla qarşılanıb və yaradıcı heyət çoxsaylı təbriklər alıb.

Bakıda motosiklet keçidə çırpıldı: sürücü öldü
Bakıda motosiklet yerüstü piyada keçidinə çırpılması nəticəsində sürücü ölüb.

Bu barədə Urbaninfo.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, mayın 10-u saat 06:05 radələrində paytaxtın Xətai rayonu ərazisində motosikletçinin ölümü ilə nəticələnən yol qəzası qeydə alınıb.

Belə ki, 8 Noyabr prospektində hərəkətdə olan 99 M 279 nömrəli motosiklet yoldan çıxaraq yerüstü piyada keçidinin dayaq konstruksiyasına çırpılıb.

Yüksək sürət səbəbindən baş verməsi ehtimal olunan ağır yol-nəqliyyat hadisəsi nəticəsində Bakı şəhər sakini, 26 yaşlı Raul İsgəndərov hadisə yerində ölüb.. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

“İbrahim Tatlıses sənət həyatımı bitirmək üçün əlindən gələni edib”
Məşhur türkiyəli müğənni İbrahim Tatlısesin kiçik qardaşı Hüseyn Tatlı onun haqqında ağır ittihamlar irəli sürüb.

Urbaninfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, H. Tatlı artıq “bıçağın sümüyə dayandığını” bildirərək hər şeyi danışacağını deyib.

O, indiyədək kimsənin onun yolunu açmadığını, əksinə, sənət fəaliyyətinə mane olduqlarını iddia edib:

“Kimsə elə bilməsin ki, susmağım qorxaqlığımdandır, sadəcə əfəndiliyimdən susurdum. Amma artıq bəsdir. Mən İbrahim Tatlısesin öz qardaşıyam, Hüseyn Tatlıyam. Hər kəs həddini bilməlidir”.

O, qardaşı İbrahim Tatlıses haqqında da kəskin ifadələr işlədib:

“İbrahim Tatlıses mənim böyük qardaşımdır, canımdır, amma o da mənim yolumu kəsib. Mənim sənət həyatımı bitirmək üçün əlindən gələni edib. İndi çıxıb televiziyalarda mənə dəstək olduqlarını deyirlər. Yalandır, tamamilə yalandır. Artıq susmayacağam, hər şeyi bir-bir danışacağam”.

Qeyd edək ki, H. Tatlının sözügedən açıqlamaları Türkiyə şou-biznesində böyük rezonans doğurub. İ. Tatlıses tərəfindən hələlik bu ittihamlara rəsmi reaksiya verilməyib./Qafqazinfo

Heydər Əliyev Mərkəzində "İz" sənədli filminin nümayişi olub
Heydər Əliyev Mərkəzində mayın 2-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində "İz" sənədli filminin nümayişi olub.

Urbaninfo.az xəbər verir ki, Heydər Əliyev Fondu tərəfindən təqdim edilən filmdə Ulu Öndərin həyat və fəaliyyətindən bəhs olunur.

Filmin süjet xətti Ümummilli Lider Heydər Əliyevin çıxışları, müsahibələri əsasında onun həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əhatə edir.

Filmdə Ümummilli Liderin Azərbaycana və xalqa bağlılığı, Azərbaycanın müstəqil dövlət kimi qüdrətlənməsi, Qarabağın işğaldan azad edilməsi istiqamətində apardığı ardıcıl siyasət əksini tapıb. Eyni zamanda, 30 illik işğaldan sonra torpaqlarımızın Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad olunması, ərazi bütövlüyümüzün bərpa edilməsi, bununla da Ümummilli Lider Heydər Əliyevin vəsiyyətinin və arzularının reallaşması da filmdə yer alıb.