Azərbaycan milli sənət nümunələri nümayiş olunub
Prezident İlham Əliyev “Avaza” Kompleksindəki stendlərə baxıb
Oktyabrın 9-da Prezident İlham Əliyev və MDB Dövlət Başçıları Şurasının iclasına qatılan digər dövlət və hökumət başçıları “Avaza” Kompleksində iştirakçı ölkələrin milli stendlərinə baxıblar.
Azərbaycan stendində xalçaçılıq, keramika, kəlağayı və şəbəkə sənətinə aid nümunələr, milli incəsənət haqqında kitablar və məlumatlandırıcı videoçarxlar təqdim edilib.
Qonaqlara Azərbaycanın mədəni irsi, milli mətbəxi və yerli məhsullar, həmçinin onların hazırlanma texnologiyası və özünəməxsus xüsusiyyətləri barədə məlumat çatdırılıb.
Sosial şəbəkələrdə paylaş
