Ədəbiyyat üzrə Nobel mükafatının sahibi açıqlanıb
Mükafat kanadalı şair Enn Karsona təqdim ediləcək
Kanadalı şair və yazıçı Enn Karson 2026-cı il Ədəbiyyat üzrə Nobel mükafatının laureatı elan olunub.
Nobel mükafatının rəsmi saytının yaydığı məlumata əsasən, 76 yaşlı Karson bu mükafata klassik ənənə ilə dialoqda müasir ədəbiyyatın yeni formalarını yaradan cəsarətli yaradıcılığına görə layiq görülüb.
Xatırladaq ki, bu il Fiziologiya və ya tibb üzrə Nobel mükafatı amerikalı Karl Daysserot, alman alimlər Peter Hegemann və Georg Nagelə, Fizika üzrə mükafat belçikalı-amerikalı fizik Frensis Halzenə, Kimya üzrə Nobel mükafatı isə fransalı Anri Kaqan və yaponiyalı Kenso Soaya verilib.
Sosial şəbəkələrdə paylaş
