Elza Seyidcahan Rəşid Mahmudova qalib gəldi
Məhkəmə 10 min manatlıq tələbin 500 manatını təmin edib
Əməkdar artist və bəstəkar Elza Seyidcahanın Rəşid Mahmudova qarşı məhkəməyə verdiyi iddia üzrə qərar qəbul edilib.
APA xəbər verir ki, işə Yasamal Rayon Məhkəməsində hakim Fuad Hüseynovun sədrliyi ilə baxılıb.
Məhkəmə iddianın qismən təmin edilməsinə qərar verib. Belə ki, Rəşid Mahmudov Elza Seyidcahana mənəvi ziyana görə 500 manat ödəməli olacaq.
Elza Seyidcahanın vəkili Elşən Behbudov məhkəmə iclasında iddianın tam təmin edilməsini istəyib.
Qeyd edək ki, sənətçi Rəşid Mahmudovun televiziya efirində onun ünvanına təhqiramiz ifadələr işlətdiyini iddia edib. Elza Seyidcahan mənəvi ziyana görə qarşı tərəfdən 10 min manat tələb etmişdi.
Sosial şəbəkələrdə paylaş
