Sevil Nuriyeva Zeynəb Xanlarova ilə fotosunu paylaşdı
Tanınmış jurnalist Sevil Nuriyeva Türkiyədə Xalq artisti Zeynəb Xanlarova ilə görüşüb.
Bu barədə jurnalist sosial şəbəkə hesabında paylaşım edib və sənətkarla fotosunu yayımlayıb.
S.Nuriyeva Zeynəb Xanlarova ilə uzun illərdir dostluq münasibətlərinin olduğunu bildirib. O, sənətkara uşaqlıqdan heyranlıq duyduğunu qeyd edib.
Jurnalist paylaşımında Xalq artistini “Türk dünyasının əfsanəvi sənətkarı” və “milli kimliyi və yaddaşı özündə təcəssüm etdirən əfsanəvi şəxsiyyət” kimi xarakterizə edib.
“Uzun söhbətimizdən aldığım ilhamı sözlə ifadə edə bilmirəm. O mənə həmişə “Sevil can” deyə müraciət edir, eynilə uşaqlığımda nənəmin mənə səsləndiyi kimi. Bilmirəm niyə, amma yenə də çox kövrəldim. Əziz Zeynəb xanım, Allah sizi qorusun”, - deyə S.Nuriyeva yazıb.