Afra Saraçoğlu narkotik istintaqı çərçivəsində saxlanılıb
Türkiyədə məşhur şəxslərlə bağlı aparılan narkotik istintaqı çərçivəsində aktrisa Afra Saraçoğlu saxlanılıb.
Türkiyə mətbuatının məlumatına görə, aktrisa Fransadan qayıdarkən İstanbul hava limanında saxlanılıb.
Qeyd edək ki, barəsində saxlanılma qərarı verilən Afra Saraçoğlu daha əvvəl sosial media hesabında açıqlama yayaraq hazırda Türkiyədə olmadığını bildirmişdi.
Xatırladaq ki, Türkiyədə ötən ildən narkotiklərlə bağlı keçirilən əməliyyatlar çərçivəsində bir sıra məşhur şəxslər saxlanılıb. Onların bir qismi sonradan sərbəst buraxılıb.
Sosial şəbəkələrdə paylaş
