Nobel mükafatının məbləği artırıldı
Nobel Fondu mükafatın məbləğinin hər kateqoriya üzrə 12 milyon İsveç kronuna (təxminən 1,2 milyon ABŞ dolları) çatdırıldığını açıqlayıb.
Fondun məlumatına görə, hər kateqoriya üzrə mükafat məbləği 1 milyon İsveç kronu (təxminən 100 min ABŞ dolları) artırılıb.
Qeyd edilib ki, son 15 il ərzində Nobel mükafatının məbləğində bir neçə dəfə dəyişiklik edilib. Bu dəyişikliklər arasında mükafat məbləğinin azaldıldığı hallar da olub.
Nobel mükafatı laureatlarının adları bu il oktyabrın 5-dən 12-dək açıqlanacaq.
Sosial şəbəkələrdə paylaş
