Tanınmış diktor Sevda Saleh Məmmədzadə vəfat edib
Azərbaycanın Əməkdar artisti, diktor Sevda Saleh Məmmədzadə 95 yaşında dünyasını dəyişib.
Bu barədə onun qızı Gültən Ramazanova bildirib.
Məlumata görə, sənətçi müalicə aldığı Nizami Tibb Mərkəzində vəfat edib.
Xatırladaq ki, Sevda Saleh sentyabrın 1-də səhhətinin ağırlaşması səbəbilə koma vəziyyətində reanimasiya şöbəsinə yerləşdirilmişdi. Ona baş-beyin qan dövranının hər iki beyin yarımkürəsində kəskin işemik tipli pozulması, ürəyin işemik xəstəliyi və səyirici aritmiya diaqnozları təyin edilmişdi.
Sosial şəbəkələrdə paylaş
