Məşhur reper “Navai” borca görə məhkəmə qərarı ilə üzləşdi
Azərbaycan əsilli məşhur reper Nəvai Bəkirovun Rusiyada kommunal xidmətlər üzrə yaranmış borcu ilə bağlı məhkəmə qərarı çıxarılıb.
TASS-ın yaydığı məlumata görə, “Navai”nin qaz, istilik və elektrik enerjisi üzrə 72 min rubldan (təxminən 1 450 manat) artıq borcu yaranıb.
Bununla bağlı icraat sentyabrın 1-də başlanıb. “Odintsovo istilik şəbəkəsi”nin məhkəməyə müraciəti təmin edilib və borcun məcburi qaydada tutulmasına qərar verilib.
Nəvai Bəkirov “HammAli & Navai” musiqi duetinin üzvü kimi geniş tanınıb.
Sosial şəbəkələrdə paylaş
