Elşad Xose aylar sonra kameralar qarşısında: səhhəti ilə bağlı açıqlama verdi
Tanınmış reper Elşad Xose haqqında bir neçə ay əvvəl yayılan səhhət xəbərləri yenidən gündəmə gəlib.
Belə ki, sosial şəbəkələrdə və bəzi xəbər saytlarında reperin səhhətinin ağırlaşdığı və Maştağada yerləşən Respublika Psixiatriya Xəstəxanasına yerləşdirildiyi iddia olunmuşdu. Xəstəxana bu məlumatı təkzib etsə də, Səhiyyə Nazirliyi qanunvericiliyin tələblərinə görə məsələ ilə bağlı hər hansı məlumatı təsdiqləməyib və ya təkzib etməyib.
Elşad Xose yayılan iddialardan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
Reper Bakıda keçirilən toy məclislərindən birində çıxış edəcəyini bildirib. O, səhhəti ilə bağlı vəziyyətin normal olduğunu vurğulayaraq “Hər şey qaydasındadır” deyib.
Sosial şəbəkələrdə paylaş
